Bankların qarşısında yeni tələb qoyuldu
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kommersiya bankları qarşısında yeni tələb irəli sürüb.
Yeni tələbə görə, banklar bank əməliyyatı aparan vergi ödəyicisinin nağd əməliyyat limitini müəyyən edərək Palataya təqdim etməlidir.
Azərbaycan Beynəlxalq Bankı (ABB) Maliyyə Monitorinq Xidmətinin baş mütəxəssisi Anar Novruzov deyib ki, bu tələb banklar üçün əlavə problemlər yaradır:
"Tələbə görə, bank müştərinin sadələşdirilmiş yaxud ƏDV ödəyicisi olduğunu müəyyən etməlidir. Yəni sadələşdirilmiş vergi ödəyicisinin nağd əməliyyatının 15 min, ƏDV ödəyicisinin isə 30 min manatdan artıq olmaması ilə bağlı MMX-yə məlumat verməliyik. Vergi ödəyicisinin hansı kateqoriyaya aid olmasını isə müəyyən etmək çətindir. Bu, dinamik prosesdir. Ola bilər ki, bu gün sadələşdirilmiş vergi ödəyicisi olan sabah ƏDV ödəyicisi olsun. Biz istəyirik ki, Vergilər Nazirliyi bunu avtomatik müəyyən etmək üçün bizə hansısa formada yardım etsin yaxud vahid məlumat bazası təşkil edilməlidir".
ABB rəsmisinin təklifinə Vergilər Nazirliyi Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Departamentinin baş direktoru Zaur Fətizadə cavabında bildirib ki, ödəyici ilə bağlı məlumatları Nazirliyin saytından əldə etmək olar: "Bu tələbi ödəyicilər üçün qoymuşuq. Əgər banklara da belə tələb qoyulubsa, bu, sizin daxili problemdir və bunu özünüz həll etməlisiz".
ABB rəsmisi "Report" qeyd edib ki, bu tələb sahibkarlara aid olsa da, MBNP bunu banklardan tələb edir: "Əgər tələbə əməl etməsək, Palata ilə problem yaranacaq. Bizim ikinci təklifimiz də ondan ibarətdir ki, 15 min manatdan yuxarı məbləği götürək və onun hesabatını verək. Onun sortirovkasını isə Palata yaxud Maliyyə Monitorinq Xidməti aparısın".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)






.jpg)





