“PAŞA Həyat”dan müştərilərə daha bir müjdə
Müştərilər üçün daim yeniliklər tətbiq edən “PAŞA Həyat” şirkəti bu gündən etibarən şəxsi kabinet xidmətini istifadəyə verib.
Şirkətin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, artıq bundan sonra şirkətin mövcud müştəriləri vaxtlarına daha çox qənaət edəcəklər. Belə ki, “PAŞA Həyat”ın mövcud müştəriləri www.mylife.az saytından qeydiyyatdan keçməklə həyatın yaşam sığortası növü üzrə hazırlanan xidmətdən yararlana biləcəklər.
Müştərilər www.mylife.az saytına daxil olaraq qüvvədə olan müqavilələri nəzərdən keçirməklə mövcud stausla tanış ola, müqavilələrdə məbləğlələr üzrə dəyişiklik edə, həmçinin müvafiq müraciətlər edə bilərlər.
“Şəxsi kabinet xidməti müştərilərimiz üçün hazırlanmış xüsusi bir onlayn xidmətdir. Biz bu xidməti tətbiq etməklə müştərilərimizə dəyər verərək onların sığorta məhsullarımıza əlçatanlığını daha asan şəkildə təşkil edirik. Xidməti tətbiq etməkdə əsas məqsədimiz müştərilərin vaxtlarına qənaət etmələri və bunun da nəticəsində müştəri məmnuniyyətini daha da yüksəltməkdir. Güman edirəm ki, “PAŞA Həyat” olaraq, yaxın gələcəkdə informasiya texnologiyalarının yeni nailiyyətlərindən yararlanaraq müştərilərimizə daha maraqlı məhsullar təqdim edəcəyik”- deyə şirkətin İdarə Heyətinin sədri Niyaz İsmayılov şərhində bildirib.
Qeyd edək ki, müştərilər sözügedən məhsul üzrə indiyədək və müdətin sonunadək yığılmış məbləği və həyatını sığortaladığı məbləğini görə bilərlər. Həmçinin əməliyyatlar bölməsində mövcud şəhadətnamə üzrə artm və azalma müraciəti, xitam müraciəti, kredit müraciəti, sığorta ödənişinin alınması və digər müraciətlər etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)






.jpg)








