Nar bayramı keçiriləcək
Noyabrın 3-4-də Göyçay şəhərində ənənəvi Nar bayramı keçiriləcək. Bayramın keçirilməsi üçün rayon icra hakimiyyəti başçısının sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb və artıq hazırlıq işlərinə başlanılıb.
Rayon icra hakimiyyətinin hazırladığı xüsusi tədbirlər planına əsasən, hazırda şəhərin mərkəzi küçələrində iməciliklər keçirilir, təmizlik-abadlıq işləri görülür, səliqə-sahman yaradılır, küçələr, səkilər təmir edilir, hasarlar rənglənir. Nar bayramının keçiriləcəyi ərazinin bayramsayağı bəzədilməsi üçün xüsusi şüarlar, plakat və lövhələr hazırlanır. Bundan əlavə, rayon Mədəniyyət Evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançılar bayram tədbirinin proqramı əsasında çıxışlara hazırlaşırlar.
Bayram tədbiri əvvəlki illərdə Heydər Əliyev parkında və şəhər stadionunda keçirildiyi halda, bu il fərqli bir məkanda, yəni rayonun Cəyirli kəndi ərazisində yeni istifadəyə verilən “Göyçay” Topdansatış Ticarət Mərkəzində təşkil olunacaq.
Təşkilat Komitəsinin sədri, rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova AZƏRTAC-a bildirib ki, sayca XII dəfə keçiriləcək bayram öz zənginliyi və möhtəşəmliyi ilə fərqlənəcək. Proqrama uyğun olaraq iki gün ərzində nara həsr olunmuş musiqi nömrələri, müxtəlif müsabiqələr, nar yarmarkası, rəngarəng sərgilər, milli folklorumuzun zəngin nümunələri, Azərbaycan mətbəxi və nar məhsullarının bütün nümunələri bayram iştirakçılarına təqdim ediləcək. Bayram tədbirində rayonun nar emalı müəssisələrinin istehsal etdiyi məhsullardan ibarət satış yarmarkaları, kəndli fermerlər tərəfindən yetişdirilən müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların satış sərgiləri olacaq. Qonaqlar nar şirəsinin, nar şərabının, nar mürəbbəsinin, nardançanın, müxtəlif sortdan olan gilələnmiş narın dadına baxacaqlar. Tədbirdə ən böyük nar nümayiş olunacaq. Mərasimə xarici ölkələrin Azərbaycandakı səfirləri, nazirlər, Milli Məclisin deputatları, bir çox rayonların icra hakimiyyətlərinin başçıları, iş adamları və turistlər qatılacaq.
Azərbaycan narının şöhrətini dünyaya tanıtmaq məqsədilə noyabrın 3-4-də keçiriləcək XII Nar bayramında bir neçə yeniliyin olacağı da bildirilir.
Bayram tədbiri incəsənət ustalarının çıxışları ilə başa çatacaq.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)








.jpg)





