Bu şəhərdə avtomobildən çox velosiped var
Danimarkanın paytaxtı Kopenhagendə uzun bir müddətdir ki, ictimai nəqliyyat infrastrukturuna və velosiped yollarına qoyulan investisiyalar sayəsində şəhərdə velosiped sayı avtomobillərin sayını geridə qoyub.
"Marja"xəbər verir ki, bu xüsusiyyəti ilə Kopenhagen, uzun bir müddətdir ki, "dünyanın ən velosiped dostu şəhəri" titulunu da daşıyır.
Kopenhagendə 1970-ci ildəki ilk sayımda 351 min 133 avtomobil və 100 min 71 velosiped olarkən, 2016-da bu rəqəmlər 252 min 600 avtomobilə qarşılıq 265 min 700 velosiped olub.
"Cycling Embassy of Denmark"ın məlumatlarına görə, Kopenhagendə yaşayanlar, hər gün dünyadan 35 dəfə çox velosiped sürür. Orta hesabla bir vətəndaş Kopenhagendə gündə 3 kilometr velosiped sürür.
-Danimarkada hər 10 nəfərdən 9-unun velosipedi var.
-11-15 yaş arası uşaqların 49%-i məktəbə velosipedlə gedir.
-Kopenhagendə 1970-ci ildə nəqliyyatdakı velosiped sayı avtomobil sayının 28%-i qədərdi.
-2016-da nəqliyyatdakı velosiped sayı avtomobil sayının 105%-ini aşıb.
Velosipedlə bir nəfərin qət etdiyi gündəlik orta hesabla məsafə:
İngiltərə: 0.1 km
İtaliya: 0.2 km
Norveç: 0.4 km
Avstriya: 0.4 km
Finlandiya: 0.4 km
Belçika: 0.9
Danimarka: 1.7 km
Ötən il velosiped istifadəsi Avropa Birliyinə 513 milyard avroluq iqtisadi töhfə verib.
513 milyard Avronun:
15.4 milyard Avrosu ətraf mühit və iqlim, 2.80 milyard Avrosu enerji və təbii ehtiyatlar, 191.27 milyard Avrosu səhiyyə, 63.09 milyard Avrosu iqtisadiyyat, 20 milyard Avrosu texnologiya və dizayn, 131 milyard Avrosu vaxt və sahə, 50 milyard Avrosu sosial, 19.6 milyard Avrosu hərəkətlilik və 10 milyard Avrosu da mədəniyyət müxtəlifliliyi faydasından yaranıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
11 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
13 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
16 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
18 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 26 d. əvvəl
- 28 d. əvvəl
- 37 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir























