“Nikoil Bank”ın sabiq sədri barəsində cinayət işi başlanıb
Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Nikoyl” İnvestisiya Kommersiya Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Xamaza Vasiliy Viktoroviç barəsində cinayət işi başlanıb.
Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (Mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə) maddələri ilə başlanmış cinayət işinin istintaqının aparılması Baş İdarənin İstintaq İdarəsinə tapşırılıb.
Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2017-ci il tarixli qətnaməsi ilə “Nikoyl” İnvestisiya Kommersiya Bankı” ASC-nin bankın sabiq sədri Xamaza Vasiliy Viktoroviçə qarşı vurulmuş zərərin ödənilməsi tələbi barədə iddiası üzrə bankın apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilərək, bankın iddiası tam həcmdə təmin edilib. Bakı Apellyasiya Məhkəməsi tərəfindən mülki işə baxılarkən cavabdeh V.V.Xamazanın hərəkətlərində Cinayət Məcəlləsinin 308.1 və 179.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətlərinin mövcudluğu aşkara çıxarıldığından, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xüsusi qərardadla xəbər verilməsi qərara alınıb. Məhz Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan xüsusi qərardadı əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma nəticəsində toplanmış material üzrə 28 sentyabr 2017-ci il tarixdə Cinayət Məcəlləsinin 308.1 və 179.3.2-ci maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş İdarənin İstintaq İdarəsinə tapşırılıb.
Qedy edək ki, sabiq sədrin “Nikoyl” İnvestisiya Kommersiya Bankı” ASC-yə nə qədər ziyan vurduğu açıqlanmayıb. Onun hazırda harada olduğu da məlum deyil.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat sonra
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























