"Gürcüstan "Qazprom"dan maraqlı təklif alıb"
Rusiyanın "Qazprom" şirkəti ötən Belarusun paytaxtı Minskdə keçirilən görüşdə Gürcüstan hökumətinə Ermənistana qaz nəqli ilə bağlı son təklifini verib. Gürcüstan mətbuatı xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib.
"Rusiya tərəfi maraqlı təklif irəli sürüb. Bu, sonuncu təklifdir. Əsas danışıqlar maliyyə ödənişinə keçidlə bağlı aparılıb. Məsələ hökumətin iclasında müzakirə olunduqdan sonra detallar barədə danışmaq olar", - deyə K. Kaladze bildirib.
Xatırladaq ki, "Qazprom-Eksport" şirkətinin Gürcüstan hökuməti tərəfi ilə bağladığı müqavilənin müddəti cari ilin yanvarın 1-də başa çatıb. Gürcüstan Ermənistana nəql olunan Rusiya qazının ümumi həcminin 10%-ni tranzit haqqı kimi alır.
Danışıqların uzanmasına səbəb isə "Qazprom"un tranzit haqqını qazla deyil, pulla ödənilməsində israr etməsidir. Gürcüstan 2007-ci ildən bu yana Rusiya qazı almır. Gürcüstanın əsas qaz idxalçısı Azərbaycandır. Azərbaycan tərəfi isə 2016-cı ilin martından etibarən Gürcüstana nəql olunacaq qaz həcmlərini artırmağa razılıq verib.
Gürcüstanın qaza olan illik tələbatı 2,5 mlrd. kubmetrdir. Bu həcmin əsas hissəsi Azərbaycandan nəql olunur. Qonşu ölkənin enerji balansında təbii qazın payı 40%-dir.
Gürcüstan il ərzində Azərbaycandan 500 mln. kubmetr qaz ala bilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 23 d. əvvəl
- 36 d. əvvəl
- 39 d. əvvəl
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)





.jpg)








