Azərbaycandan İsveçrə və Monqolustana nar göndəriləcək - RAZILAŞMA
Almaniyada keçirilən “ANUGA” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın “Made in Azerbaijan” vahid ölkə stendi və burada nümayiş olunan məhsullar ziyarətçilər və tədbirdə iştirak edən xarici şirkətlər tərəfindən maraqla qarşılanıb.
İqtisadiyyat Nazirliyindən “Marja”ya daxil olmuş məlumata görə, sərgi çərçivəsində Monqolustan, İsveçrə və Rumıniyaya nar, qurudulmuş meyvə, qənnadı məmulatları ixracına dair danışıqlar aparılıb, bir sıra sifarişlər qəbul edilib. Azərbaycanın nar istehsalçısı olan “Mars FK” şirkəti İsveçrə və Monqolustanın satış şirkətləri ilə apardığı danışıqların nəticəsində bu ölkələrə ilkin olaraq 100 ton və 18 ton nar ixracına dair sifarişlər alıb.
Xüsusi emal üsulu ilə qurudulmuş xurma istehsal edən “Bal Xurma” şirkəti Argentina, Niderland, İtaliya və Yunanıstanda otellərin qida təchizatı ilə məşğul olan bir sıra şirkətlərlə danışıqlar aparıb və ixraca dair ilkin razılıqlar əldə edib. Azərbaycanın qənnadı məmulatları istehsalçısı olan “Konfiron biskvit” MMC isə sərgi çərçivəsində Rumıniyaya ixraca dair danışıqlar aparıb.
Qeyd edək ki, oktyabrın 11-dək davam edəcək “ANUGA” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan ilk dəfə olaraq qida və içkilər pavillionlarında “Made in Azerbaijan” vahid ölkə stendləri ilə təmsil olunur. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərginin içkilərə dair pavillionunda Azərbaycan şirkətlərinin meyvə şirələri, müxtəlif növ şərabları və təbii mineral suları, qida pavillionunda isə meyvə, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsullar nümayiş olunur. Ümumilikdə, Azərbaycan “ANUGA” Sərgisində 20-dən çox ixracatçı şirkətlə təmsil olunur. Vahid ölkə stendinin təşkili xərcləri dövlət büdcəsi hesabına qarşılanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
32 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
16 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
























