Xüsusi statusları var, sayı 454-dür - SİYAHI
Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin siyahısı açıqlanıb
Vergilər Nazirliyinin rəsmi internet saytının - www.taxes.gov.az “Yaşıl dəhliz” bölməsində şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin siyahısı yerləşdirilib.
Nazirliyin Media və Kommunikasiya Mərkəzinin yaydığı məlumata görə, cari ilin əvvəlindən etibarən vergi orqanlarına partnyor ödəyici statusunun alınması üçün müraciət edən və ya təsdiq edilmiş qaydalarda göstərilən meyarlara uyğun olduğu müəyyən edilən 454 (o cümlədən, Bakı şəhəri üzrə 200) vergi ödəyicisinə “Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə” bildirişlər təqdim olunub.
Partnyor vergi ödəyicilərinin növbədənkənarqəbulu üçün Respublika üzrə 52 xidmət mərkəzinin növbə terminalının proqram təminatında sürətli keçid üçün “Yaşıl dəhliz” adında seçim imkanı yaradılıb və bu sahədə işlər davam etdirilir.
Xatırladırıq ki, vergi ödəyicisi “Partnyor vergi ödəyicisi statusu”na malik olmaq üçün bir sıra meyarlara cavab verməlidir. Belə ödəyicilər, vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etməli, vergiləri tam həcmdə və vaxtında ödəməli, işçilərinin sayını və onlara verilən əmək haqlarını düzgün bəyan etməli, gücləndirilmiş elektron imzaya sahib olmalı, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun, yazışmaları isə əsasən elektron şəkildə aparmalıdırlar. Partnyor ödəyicilərə, ərazi məhdudiyyəti nəzərə alınmadan, “Yaşıl dəhliz prinsipi” əsasında xidmət göstərilir. Burada, bir sıra ənənəvi xidmətlərlə yanaşı, İKT-nin son nailiyyətlərinə əsaslanan innovativ xidmətlər də təqdim edilir. Belə xidmətlərə videobağlantılar, Çağrı və xidmət mərkəzlərində partnyor ödəyicilərə növbəsiz və sürətli xidmətlərin göstərilməsi, partnyor ödəyicilərin müraciəti əsasında onlar üçün dəyirmi masa, seminar və konfransların təşkili, xüsusi təlim proqramlarının hazırlanması və s. aiddir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)








.jpg)







