“Lütfi Zadə” adlı təyyarə layihəsi təqdim olundu - FOTOLAR
Azərbaycanlı Tural İsmayılzadə, Azərbaycanın fəxri və dünya şöhrətli alimimiz Lütfi Zadənin adını daşıyan dünyanın ən ekonom və ən təhlükəsiz təyyarə layihəsinini təqdim edib. İxtira layihəsi Tural İsmayılzadənin rəhbərliyim altında bir sıra azərbaycanlı mütəxəssislərin və alimlərin dəstəyi ilə hazırlanıb.
Tural İsmayılzadənin “Marja”ya verdiyi məlumata görə, “Lütfi Zadə” səsdən sürətli təyyarə layihəsidir. Ümumi uzunluğu 48 metr, qanadlarla birgə eni 52 metr, hündürlüyü isə 5,6 metrdi. Təyyarənin yüklənməmiş çəkisi 33 ton, sərnişin daşıma gücü 5 ton, yükdaşıma gücü 8 ton, yanacaq tutumu 12 ton və texniki təhcizat tutumu 18 ton olmaqla ümümi çəkisi 76 ton hesablanır.
Təyyarə 6 ədəd istiqamətini dəyişə bilən turbo mühərrikə, 3 rejimli 6 ədəd qanad və qanadlar daxili 200 ədəd kiçik mühərrikə sahibdir. Qanad hissədə 16 ədəd xüsusi pərlər bloku var ki, onların köməyi ilə təyyarə müəyyən hündürlüyə qalxa biləcək. Bundan sonra əsas mühərriklərin işə düşməsi ilə təyyarə havada sürət yığacaq. Bu mexanizm təyyərənin kiçik futbol meydançasına enməsini belə mümkün edəcək.
Aviasiya qəzalarının statistikasına nəzər salsaq təyyarələrin bir çoxu uçuş zamanı texniki problemlər ucbatıntan yüksəklik itirərək qəza etməsi ilə nəticələnib. Mən bu problemi bir dəfəlik həll etməyi hədəfləyirəm. Bunun üçün təyyarənin üst hissəsində xüsusi mexanizm quraşdırılmasını təklif edirəm. Yaranan nasazlıq zamanı təyyarə özü özünü tənzimləyə biləcək.
Təyyarənin konstruksiyasının hazırlanmasında kompozit və ilk dəfə geniş formada qrafindən istifadə olunması planlaşdırılır. Daha yüngül, daha elastik və daha sərt material təyyarənin çəkisinin və sürtünmənin azalmasına, müqavimətin çoxalmasına və sürətin artmasına əsas verəcək.
Layihə ümumilikdə hərəkətli və sabit dayanıqlı konstruksiyadan ibarət olacaq. Bu xüsusiyyətdə yaradılması nəzərdə tutulan ilk transformer-təyyarədir. Ümumilikdə transformasiya oluna bilən 62 hissədən ibarətdir. Təyyarə yana əyilmədən gövdə hissə daxildən 360 çevrilə biləcək. Havada külək təyyarəni yanlara doğru əyərsə yaranan diskonfortun aradan qaldırılması üçün gövdə daxildən müəyyən dərəcə altında çevriləcək.
Təyyarənin qanadları qırılan və sabit hissələrdən ibarət olacaq və gövdə kimi öz oxu ətrafında və qırılma nöqtəsində şaquli istiqamətdə çevrilə biləcək. Bu zaman mühərriklər təziqi şaquli istiqamətdə vurub təyyarənin yerdən ayrılmasına kömək edəcək. Qanaqlarda yerləşdirilən kiçik mühərriklər alternativ enerji təminatını həyata keçirəcək.
Təyyarənin gövdəsinin alt hissəsi qapalı saxlanclar rolunu oynayacaq. Uçuş zamanı uçuşa mane ola biləcək hissələr və mühərriklər qatlanaraq həmin hissəyə daxil olacaq. Bunun üçün təkərlər ayrıca bir hissəyə çıxarılıb. Bu hissə ilə texniki saxlanc hissəsinin arasında isə yük hissəsi nəzərdə tutulur.
Təyyarənin gövdəsi idarəetmə kabinəsi, texniki nəzarət kabinələri, sərnişinlər üçün salon, xidməti kabinlər, VİP salon və şorum olmaqla 6 müxtəlif hissələrdən ibarət olacaq. Təyyarə 41 sərnişin və 7 personal üzvü olmaqla ümümilikdə 48 nəfər üçün nəzərdə tutulub. Sərnişin və VİP salonlar müxtəlif ölkələrin təamlarını özündə birləşdirən restoran rolu oynayacaq.
Təyyarənin uzaq məsafəli, yani kontinental uçuşlar üçün nəzərdə tutulub. Əsas hədəf təhlükəsiz, sərfəli və sürətli daşımacılığı həyata keçirməkdir. Layihə həyata keçərsə yorucu səyahətlər dönəmi bitəcək və qəzalar maksimum aradan qaldırılacaq.
Yuxarıda sadalanan özəllikləri təyyarəni öz sinifində əvəzsiz edəcək və hətda bir çox üstünlüklərinə və əlverişli istifadə imkanlarına görə Amerikan supersoniklərini geridə qoydu. Layihənin həyata keçirilməsi üçün 120 milyon ABŞ Dolları civarında investisiya yatırımı tələb olunur.
Layihənin həyata keçirilməsi üçün uzun müddətdir yaradılmasına çalışdığım Avrasiya Sənaye İstehsalatı üzrə Alimlər Birliyinin əsasını qoyacıq. Birliyin yaradılmasına dəstək üçün bir çox beynəlxalq təşkilatlara sorğu göndərilib. Birliyin icraçı rəhbəri layihənin ərsəyə gəlməsində böyük zəhməti keçmiş Şahin Kərimli olacaq.
“Biz gələcəyin ən sürətli, ən təhlükəsiz, ən ekonom və ekoloji cəhətdən ən mükəmməl təyyarəsini yaratmağı hədəfləyirik. “Qeyri-məhdud Dünya” Qlobal İnkişaf Konsepsiyamın bir parçası olan bu layihənin əsas şüarı da “Qeyri-məhdud Dünya və mən” olacaq.
Layihənin işlənilməsi tam olaraq 1 il 1 ay və 20 gün vaxtımızı almışdır. Layihə üzərində işləməyə başlayarkən dahi alimimiz Lütfi Zadə ilə görüşüb layihəmi ona şəxsən təqdim etmək istəyimin olduğunu bir sıra iş adamlarına və elm nümayəndələrinə bildirmişdim. Ona bir başa çıxışı olan ortaq dostlarımız layihə bitdikdə, yani bu ilin Oktyabr ayında məni Onunla görüşdürməyi söz verdilər. Mən layihəmi işləyib günə-gün çatdırdım. Lakin ustad layihənin bitməsini sadəcə bir neçə gün gözləyə bilmədi və mən Onunla heç bir vaxt görüşə bilmədim.
Ustadın həyatı, elmi və araşdırmaları mənim üçün şüara çevrilmişdi. Hər zaman fəxrlə “Mən yeganə gənc lütfizadəçiyəm” deyib öyünərdim. Özünə layihəmi göstərmək qismət olmasa da Onun adını yaşada biləcəyimə inanıram və bunun üçün əlimdən gələn hər şeyi edəcəm!”,- İxtiraçı Tural İsmayılzadə bildirib.
Əlaqə tel.: 055 616 70 77
Elektron poçt: [email protected]
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 12 saat sonra
-
1 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 6 saat əvvəl
-
8 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi





















