Hər şitildən 8-10 kiloqram məhsul dərib, Rusiya bazarlarına çıxarır
Şəmkir istixana şəraitində tərəvəz yetişdirən rayonlar arasında ön sırada dayanır. Yetişdirilən məhsulun çox hissəsi də Rusiya bazarlarına ixrac olunur.
Sentyabr-oktyabr aylarında istixanalarda yetişdirilən xiyarın “kuraş” sortuna Rusiya bazarlarında daha çox tələbat var. Bir hektar istixanaya 100 min şitil əkilir. Hər şitildən 8-10 kiloqram məhsul əldə olunur ki, bu da hektardan 80-100 ton məhsul deməkdir.
Şəmkir “Fud Ekspo” şirkətinin təmsilçisi Elgün Musabəyli deyib: “Şəmkir rayonunda kənd təsərrüfatı məhsullarının ixracı və becərilməsi ilə məşğuluq. Daha çox xiyar və pomidor yetişdiririk. Dekabrda əkdiyimiz pomidor iyun ayınadək dərilir. Daha sonra sentyabrda xiyar toxumu səpilir. Gördüyünüz kimi, məhsulumuz da boldur. Məhsullarımız daxili bazarda və Rusiya bazarlarında satılır”.
Bir hektar istixanada 12 nəfər çalışır. Məhsul yığımı vaxtı işçilərin sayı 40-50 nəfərə çatdırılır. İşçilər işə gedib-gəlmək üçün maşınla, həm də gündə 2-3 dəfə yeməklə təmin olunurlar.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)







