970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

Neft razılaşma ümidilə kəskin ucuzlaşıb

ABŞ Prezidenti Donald Trampın həftəsonu Vaşinqton və Tehran arasında sülh danışıqlarının yenidən başlanmasına və Hörmüz boğazının yenidən açılmasına imkan verəcək razılaşmanın açıqlanmasına yaxın olunduğu barədə bəyanatlarının təsiri ilə neft qiymətləri geriləyib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft razılaşma ümidilə kəskin ucuzlaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp-ın həftəsonu Vaşinqton və Tehran arasında sülh danışıqlarının yenidən başlanmasına və Hörmüz boğazının yenidən açılmasına imkan verəcək razılaşmanın açıqlanmasına yaxın olunduğu barədə bəyanatlarının təsiri ilə neft qiymətləri geriləyib.

Marja.az xəbər verir ki, beynəlxalq etalon hesab olunan Brent markalı neft fyuçersləri cümə gününü 103 dolların üzərində başa vurduqdan sonra 5,5% ucuzlaşaraq bir barel üçün 97,82 dollara düşüb. ABŞ xam nefti (WTI) isə ötən həftəni 96 dolların üzərində tamamladıqdan sonra 5,7% geriləyərək 91 dollar səviyyəsində ticarət olunub (Bakı vaxtı ilə saat 08:15-ə olan məlumatlar).

Reklam_3_11

Neft qiymətlərindəki bu eniş Prezident Donald Trampın şənbə axşamı verdiyi açıqlamadan sonra sürətlənib. Tramp qlobal enerji axını baxımından kritik daşınma marşrutu olan Hörmüz boğazının yenidən açılmasını və sülh danışıqlarının bərpasını təmin edəcək İran razılaşmasının yaxın zamanda elan olunacağını bildirərək müharibənin sona çata biləcəyi ilə bağlı ümidləri artırıb.

Tramp "Truth Social" hesabında etdiyi paylaşımda sözügedən çərçivənin ABŞ, İran və bəzi digər ölkələr arasında “yekunlaşdırılma mərhələsində” olduğunu, razılaşmanın “son detalları və elementlərinin” yaxın zamanda açıqlanacağını qeyd edib.

Lakin Tramp bazar günü verdiyi yeni açıqlamada ritorikasını qismən yumşaldıb. Danışıqların davam etdiyini bildirən Trump zamanın “ABŞ-nin xeyrinə” işlədiyini deyərək Vaşinqtonun razılaşma məsələsində tələsməyəcəyini vurğulayıb.

Bloomberg-ə danışan ABŞ rəsmiləri də Vaşinqtonun hələ razılaşmanı yekunlaşdırmadığını bildiriblər.

neft qiymətləri Brent nefti WTI nefti neft ucuzlaşıb neft qiymətləri düşüb Donald Trump neft açıqlaması ABŞ İran razılaşması Hörmüz boğazı Hörmüz boğazı açılır İran ABŞ sülh danışıqları neft bazarı qlobal neft bazarı Brent fyuçersləri WTI fyuçersləri xam neft qiymətləri enerji bazarı neft xəbərləri neft bazarında eniş Brent neft qiyməti WTI neft qiyməti neft fyuçersləri İran razılaşması neftə təsir Trump Truth Social paylaşımı ABŞ İran münasibətləri neft bazarında volatillik qlobal enerji axını Orta Şərq gərginliyi neft ticarəti Hörmüz boğazı neft daşımaları enerji qiymətləri ABŞ Prezidenti Donald Trump neft bazarı
25.05.2026 08:14
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19