AQTA “Alp Delux”a qəzəblənib - “Alp Delux” şadlıq evində aparılan yoxlamanın görüntülərini yaydı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, mediada “Alp Delux” şadlıq evində yoxlama aparılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Marja.az AQTA-ya istinadən xəbər verir ki, vətəndaş müraciəti əsasında Bakı şəhəri, Nizami rayonu ərazisində fəaliyyət göstərən “Alp Delux” şadlıq evində Ədliyyə Nazirliyinin Dövlət Reyestrindən çıxarış əsasında 29 aprel tarixində plandankənar yoxlama keçirilib.
Çıxarış şadlıq evinin səlahiyyətli şəxsinə təqdim edilib, daha sonra iaşə obyektinin nümayəndəsinin iştirakı ilə yoxlama aparılıb. Yoxlama müfəttişin yaxa kamerası ilə lentə alınıb. Mediada çıxış edərək yoxlamanın aparılmadığını iddia edən şadlıq evinin səlahiyyətli şəxsi özü də yoxlama zamanı şadlıq sarayında olub. Yoxlama zamanı soyuducu sahədə saxlanılan, görünüşü şübhə doğuran ət məhsullarından götürülmüş nümunələr laborator müayinəyə cəlb olunub və nəticədə ət nümunələrində at DNT-si müəyyən edilib. Bundan başqa, şadlıq evində bir sıra sanitar-gigiyenik nöqsanlar da aşkarlanıb.
Faktla bağlı şadlıq evinin rəhbərliyi barəsində səlahiyyətli nümayəndənin iştirakı ilə inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar dövriyyədən çıxarılıb və icrası məcburi göstərişlər verilib.
AQTA olaraq, ictimai iaşə obyektlərini qida təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır və qanun pozuntularına qarşı tədbirlərin davam etdiriləcəyini bildiririk.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)









