Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft və təbii qaz ucuzlaşıb, qızıl bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft və təbii qaz ucuzlaşıb, qızıl bahalaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft və təbii qaz qiymətləri, İranın ABŞ-ın yeni təklifini nəzərdən keçirdiyi barədə xəbərlərdən sonra kəskin ucuzlaşıb. 

Marja xəbər verir ki, Brent markalı neft təxminən 8 faiz ucuzlaşaraq bir barel üçün 101,27 dollardan bağlanıb, ABŞ xam neftinin qiyməti isə 7 faizdən çox geriləyib. Avropada təbii qaz qiymətləri isə 14 faizə qədər enib.

Məsələyə yaxın mənbənin sözlərinə görə, Vaşinqtonun bir səhifəlik anlaşma layihəsi - İranın bunu qəbul edəcəyi təqdirdə - həyati əhəmiyyət daşıyan neft və qaz daşınması marşrutu olan Hörmüz boğazının mərhələli şəkildə yenidən açılmasını və İran limanlarına qarşı ABŞ blokadasının aradan qaldırılmasını nəzərdə tutur.

İnvestorlar tarixdə ən böyük tədarük kəsintilərindən birinə səbəb olan boğazdakı nəqliyyatın yenidən bərpa olunacağını gözləyirlər.

Mənbə bildirib ki, hələlik yekun razılaşma əldə olunmayıb və İranın nüvə proqramı ilə bağlı ətraflı danışıqlar prosesin növbəti mərhələlərində aparılacaq. ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Fox News-a verdiyi açıqlamada təkliflə bağlı “ehtiyatlı şəkildə nikbin” olduğunu deyib və ABŞ-ın İranla müharibəsini bir həftə kimi qısa müddətdə başa çatdıra biləcəyini söyləyib.

Bazar sülh razılaşmasını qiymətləndirməyə çalışır, lakin detallər davamlı dəyişdiyi üçün bunu etmək çətindir.

Mümkün irəliləyişlə bağlı xəbərlər ilk olaraq "Axios" tərəfindən yayılıb. Bu, kritik əhəmiyyət daşıyan Hörmüz boğazındakı qarşıdurmaların neft qiymətlərini yüksəltməsindən və ABŞ-İran atəşkəsinin pozula biləcəyi narahatlıqlarından cəmi iki gün sonra baş verib.

Donald Tramp fevralın sonunda İsraillə birlikdə başlanan müharibənin dayandırılması istiqamətində artan təzyiqlərlə üz-üzədir.

Tramp çərşənbə günü "Truth Social" hesabında etdiyi paylaşımda, İranın ABŞ-ın sülh təklifini qəbul etməyəcəyi təqdirdə “bombardmanların başlayacağını” bildirib. Bu açıqlamadan sonra neft və təbii qaz qiymətləri gün ərzindəki itkilərinin bir hissəsini geri qaytarıb.

Məsələyə yaxın mənbə bildirib ki, Tehran rəhbərliyinin ABŞ təklifinə cavabını yaxın iki gün ərzində vasitəçi Pakistan üzərindən çatdıracağı gözlənilir. İran isə çərşənbə günü yaydığı açıqlamada yeni protokol çərçivəsində Hörmüz boğazından təhlükəsiz keçidin təmin ediləcəyini bildirib.

Qızılı bahalaşıb

Qızılın qiymətində, ABŞ ilə İran arasında müharibəni dayandıracaq bir razılaşmaya dair nikbinliyin qiymətləndirilməsi fonunda mart ayının sonundan bəri ən böyük gündəlik yüksəliş baş verirb. Sözügedən nikbinlik neft qiymətlərində kəskin enişə səbəb olarkən, inflyasiya narahatlıqlarını da azaldıb. Külçə qızıl çərşənbə günü 3 faiz yüksəldikdən sonra unsiyası təxminən 4700 dollar səviyyəsində ticarət olunub. Enerji qiymətlərindəki geriləmə istiqraz gəlirlərinə təzyiq göstərərkən, dollar müharibədən əvvəlki səviyyələrə düşüb. ABŞ valyutası ilə qiymətləndirilən və faiz gəliri olmayan qızıl üçün bu vəziyyət dəstəkləyici olub.

Məsələyə yaxın mənbənin sözlərinə görə, İran, təxminən 10 həftədir davam edən qarşıdurmanı dayandırmaq məqsədilə ABŞ-dan gələn yeni təklifi dəyərləndirir. Çin də müharibəni dayandırmağa yönəlmiş qlobal təzyiqlərə qoşulub. ABŞ Prezidenti Donald Tramp qarşıdurma boyunca dəfələrlə razılaşmanın yaxın olduğunu bildirsə də, indiyədək konkret nəticə əldə olunmayıb. Tramp çərşənbə günü sosial media hesabında etdiyi paylaşımda, “İran razılaşdırılmış şərtləri qəbul edərsə — bu, bəlkə də böyük bir fərziyyədir — ABŞ-ın hərbi əməliyyatını dayandıracağını və Hörmüz boğazındakı blokadanı aradan qaldıracağını” deyib.

Mümkün sülh razılaşmasına dair xəbərlə qiymətli metallarda alışları dəstəkləyir. Lakin analitiklər ABŞ və İranın tələblərinin əvvəlki təkliflərlə müqayisədə dəyişməməsi səbəbindən bu nikbinliyin kövrək olduğuna diqqət çəkiblər.

07.05.2026 08:13
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19