Azercell-dən “Ekslüziv” mağaza
Azercell şirkəti xüsusi rahatlığı və innovativ tərzi ilə seçilən növbəti mağazasını istifadəyə verib.
Müştəri xidməti sahəsində hər zaman yenilikləri ilə fərqlənən, müştəri məmnuniyyətinə böyük önəm verən şirkət sentyabrın 26-da Bül-bül prospektində (Sahil metrosunun yanı) yeni konsepsiyalı Sahil Franchise ofisini abunəçilərin ixtiyarına verib.
110 m2 ərazidə yerləşən və ən müasir avadanlıqla təhciz olunan ofis yeni Nordic konsepsiyasına uyğun olaraq qurulub.
Açılış mərasimində çıxış edən şirkətin prezidenti Vahid Mürsəliyev bu mağazanın Azercell-in uzun illər etibarlı partnyoru olmuş NLT şirkəti ilə qarşılıqlı etibar və peşəkarlıq əsasında qurulmuş sağlam biznesinin nümunəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, mərkəz Azercellin özünü doğrultmuş konsepsiyası əsasında tərtib olunaraq NLT şirkəti tərəfindən uğurla idarə olunacaq və hər zaman abunəçilərə yüksək səviyyədə xidmət göstərəcək. Həmçinin, abunəçilərinin operativ və keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün Azercell-in bütün ölkə boyu yeni konsepsiyalı Ekslüziv ofislərinin sayını artırmaqda davam edəcəyini qeyd edib.
Mağazanın xüsusi özəlliyi ofisdə aciq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məslələrdə isə müştərilərimizə peşəkar satıcılar dəstək olacaqlar. Bu ofisdə də digər Müştəri Xidmətlərində təqdim olunan butun əməliyyatlar, izahli qaimə ve addan ada əməliyyatları istisna olmaqla icra olunur. Abunəçilərimiz mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər.
Qeyd edək ki, ofisin açılışı münasibəti ilə şirkət Azercell-in xüsusi loyallığı ilə seçilən müştərilərinə bütün telefonlara 50% endirim də təqdim edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)









.jpg)






