970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb

3 ay ərzində 12,3 milyard dollar gəlir, 5,3 milyard dollar xalis mənfəət əldə edib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Film və serial platforması Netflix-in gəliri bu ilin ilk rübündə 16,2 % artaraq 12,3 milyard dollara yüksəlib.

Netflix 2026-cı ilin ilk rübünə dair maliyyə hesabatını açıqlayıb.

Marja xəbər verir ki, şirkətin gəliri bu ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % artaraq 12,3 milyard dollar təşkil edib. Şirkətin gəliri 2025-ci ilin ilk rübündə 10,5 milyard dollar olmuşdu.

Şirkət bu ilin ikinci rübündə gəlirlərinin 13 % artacağını gözlədiyini bildirib və 2026-cı il üzrə ümumi gəlir proqnozunu 50,7 milyard dollar – 51,7 milyard dollar aralığında saxlayıb.

Netflix-in xalis mənfəəti də ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 83 % artaraq 5,3 milyard dollara yüksəlib. Şirkətin xalis mənfəəti 2025-ci ilin eyni dövründə 2,9 milyard dollar olmuşdu.

Şirkətin ötən ilin ilk rübündə 0,66 dollar olan səhmbaşına mənfəəti isə bu dövrdə 1,23 dollara çatıb.

Netflix-in mənfəətindəki artımda Warner Bros.-un satın alınmasına dair razılaşmanın pozulması nəticəsində ödənilən 2,8 milyard dollarlıq müqavilə pozuntusu cəriməsi də müsbət təsir göstərib.

Şirkətin mənfəəti və gəliri bazar gözləntilərindən daha yüksək olub.

Şirkətin açıqlamasında bildirilib ki, sədr Reed Hastings xeyriyyə fəaliyyəti və digər fəaliyyətlərə diqqət yetirmək üçün hazırkı səlahiyyət müddəti iyunda başa çatdıqdan sonra İdarə Heyətinin sədri vəzifəsinə yenidən namizəd olmayacaq.

Netflix film və seriallar platformasıdır. Belə ki, film və serialları onlayn olaraq smart televizorunuzda, kompüterinizdə, mobil telefonunuzda, planşetinizdə və digər cihazlarınızda izləyə bilərsiniz.

İş elanları AzVak.az-da

Netflix Netflix gəlirləri Netflix 2026 birinci rüb maliyyə nəticələri Netflix gəlir artımı Netflix xalis mənfəət Netflix maliyyə hesabatı Netflix səhmbaşına mənfəət Netflix gəliri 12 3 milyard dollar Netflix mənfəəti 5 3 milyard dollar Reed Hastings Netflix rəhbər dəyişikliyi Netflix gəlir proqnozu 2026 Netflix ikinci rüb proqnozu Netflix biznes nəticələri Netflix investorlara hesabat qlobal striminq platforması film və serial platforması online film izləmə platforması Netflix maliyyə göstəriciləri Netflix bazar gözləntiləri
17.04.2026 08:50

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19