Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
ABŞ Prezidenti Donald Tramp ABŞ-İsrail ilə İran arasında müharibə ilə bağlı “Düşünürəm ki, bitməyə çox yaxındır. Yəni, vəziyyəti bitməyə çox yaxın görürəm” deyib.
Marja xəbər verir ki, Tramp "Fox News"a verdiyi müsahibəsində ABŞ-ın İrana qarşı hücumlarını və sülh danışıqları ilə bağlı prosesin gedişatını qiymətləndirib.
İranla müharibə məsələsində davamlı olaraq keçmiş zaman ifadələrindən istifadə edən Trampdan müharibənin həqiqətən bitib-bitmədiyi soruşulduqda, “Düşünürəm ki, bitməyə çox yaxındır. Yəni, vəziyyəti bitməyə çox yaxın görürəm” ifadələrini işlədib.
Tramp, “Bilirsiniz, əgər mən indi oradan tamamilə çəkilib getsəm, o ölkəni yenidən ayağa qaldırmaları 20 il çəkər. Hələ işimiz bitməyib, nələrin olacağını görəcəyik. Düşünürəm ki, onlar səmimi şəkildə bir razılaşma əldə etmək istəyirlər” deyib.
ABŞ ordusunun İrana qarşı hücum qərarını dəyərləndirən Tramp, hücum qərarı verməsəydi, hazırda nüvə silahına sahib bir İranla üz-üzə qalacaqlarını iddia edib.
Qeyd edək ki, ABŞ Prezidenti Tramp İran ilə ikinci tur danışıqların “qarşıdakı iki gün ərzində baş tuta biləcəyini” bildirmişdir.
XXX
ABŞ vitse-prezidenti JD Vens (JD Vance) də bildirib ki, Prezident Donald Tramp İranla məhdud deyil, əksinə ətraflı bir razılaşma əldə etmək istəyir və bunun üçün danışıqları davam etdirəcəklər.
Vens deyib: “Prezident böyük bir razılaşma əldə etmək istəyir. İran üçün əsasən təklif etdiyi şey çox sadədir. Əgər siz normal bir ölkə kimi davranmağa hazırsınızsa, biz də sizə iqtisadi baxımdan normal bir ölkə kimi davranmağa hazırıq. O, məhdud bir razılaşma istəmir.”
Vens qeyd edib ki, sözügedən müvəqqəti atəşkəs hələ də davam edir və bu səbəbdən proses hələ də davam etməkdədir.
Potensial razılaşma ilə bağlı hələ də nikbindir
“İranla razılaşmanın hələ tamamlanmamasının səbəbi prezidentin İranın nüvə silahına sahib olmadığı bir razılaşma istəməsidir”,- deyən Vens, danışıqların davam edəcəyini və potensial razılaşma ilə bağlı hələ də nikbin olduğunu bildirib.
Vens, “Danışıqları davam etdirəcəyik və bunu reallaşdırmaq üçün çalışacağıq, çünki bu dünya üçün çox yaxşı olar. Ölkəmiz üçün və hamı üçün əla olar. Buna görə də bunu həyata keçirmək üçün mübarizə aparmağa davam edəcəyəm” ifadələrini işlədib.
İki ölkə arasında ciddi etimadsızlıq olduğunu da vurğulayan Vens deyib: “Bu problemi bir gecədə həll edə bilməzsiniz. Qarşımızda oturanların da bir razılaşma əldə etmək istədiyini düşünürəm və bilirəm ki, ABŞ prezidenti bizə ora gedib yaxşı niyyətlə danışıqlar aparmağımızı tapşırıb. Biz də bunu etdik. Etməyə də davam edəcəyik.”
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
2 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
2 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
2 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü



















.jpg)





