Tramp NATO-dan küsüb - "Artıq yardımınıza ehtiyacımız yoxdur"
Donald Trampdan NATO çıxışı: Artıq yardımınıza ehtiyacımız yoxdurABŞ Prezidenti Donald Tramp, İrana qarşı həyata keçirilən əməliyyatlardan sonra NATO ölkələrinin dəstəyinə ehtiyac duymadıqlarını bildirərək, alyansın birtərəfli işlədiyini iddia edib. Tramp, müharibə ilə əlaqədar olaraq Çinə planlaşdırılan səfərin bir ay təxirə salınmasını xahiş etdiyini və səfərin 5-6 həftə ərzində baş tutacağını bildirib.
XXX
ABŞ Prezidenti Donald Tramp, NATO ölkələrinin ABŞ və İsrailin İrana qarşı başladığı və qarşılıqlı hücumlarla davam edən regional münaqişəyə qoşulmalarına artıq ehtiyac qalmadığını və ya bu dəstəyi istəmədiklərini bildirib.
Tramp bu barədə sosial media hesabında paylaşım edib.
O, NATO müttəfiqlərinin böyük əksəriyyətindən ABŞ və İsrailin İrana qarşı apardığı hərbi əməliyyata qoşulmaq istəmədikləri ilə bağlı rəy aldıqlarını qeyd edərək deyib: “Halbuki demək olar ki, hər bir ölkə gördüklərimizlə qəti şəkildə razı idi və İranın heç bir halda, heç bir şərt altında nüvə silahına sahib olmasına icazə verilməməli idi.”
Tramp bildirib: “Lakin bu davranış məni təəccübləndirmədi, çünki hər il bu ölkələri qorumaq üçün yüz milyardlarla dollar xərclədiyimiz NATO-nu həmişə birtərəfli yol kimi görmüşəm. Biz onları qoruyacağıq, amma onlar bizim üçün heç nə etməyəcəklər, xüsusilə də bizim ehtiyac olanda.”
O, İranın ordusunu və müxtəlif səviyyələrdəki rəhbərlərini zərərsizləşdirdiklərini iddia edərək əlavə edib: “Belə böyük hərbi uğur əldə etdiyimiz üçün artıq NATO ölkələrinin yardımına "ehtiyacımız" yoxdur və ya bunu istəmirik. Heç vaxt ehtiyacımız olmayıb. Eyni şəkildə Yaponiya, Avstraliya və ya Cənubi Koreyanın da yardımına ehtiyacımız yoxdur.”
Tramp daha əvvəl verdiyi müsahibədə NATO müttəfiqlərinin Hörmüz boğazının təhlükəsizliyini təmin etməməsinin “NATO-nun gələcəyi üçün çox pis” olacağı barədə xəbərdarlıq etmişdi.
“Çinə səfərimiz 5-6 həftə ərzində baş tutacaq”
Tramp, Xi Jinping ilə planlaşdırılan görüşün təxirə salındığını açıqlayaraq, iki ölkə arasında ticarət danışıqları ilə bağlı qeyri-müəyyənliyi artırıb.
O bildirib ki, müharibə prosesi zamanı Vaşinqtonda qalmaq üçün Çindən görüşün təxminən bir ay təxirə salınmasını istəyib və görüş üçün yeni tarixin beş və ya altı həftə ərzində dəqiqləşəcəyini qeyd edib.
Bu təxirə salınma, Trampın Çinlə münasibətləri sabitləşdirmək səyləri baxımından müvəqqəti də olsa geri addım kimi qiymətləndirilib.
ABŞ və Çin rəsmiləri daha əvvəl bir araya gələrək, Çinin ABŞ-yə yatırımları və qabaqcıl yarımkeçiricilərin ixracı da daxil olmaqla mümkün razılaşma mövzularını müzakirə etmişdilər.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
3 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
4 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
4 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
4 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
Ən çox oxunanlar
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib

























