Çindən 1990-cı illərdən bu yana ən aşağı iqtisadi artım hədəfi
Çin 2026-cı il üçün ÜDM artım hədəfini 4,5% – 5% aralığında müəyyən edib. Bu hədəf, 1990-cı illərin əvvəllərindən bu yana qeydə alınan ən aşağı artım hədəfi olub.Çin, cümə axşamı 2026-cı il üçün ümumi daxili məhsul (ÜDM) artımı üzrə hədəfini 4,5% – 5% aralığında müəyyən edib.
Marja xəbər verir ki, cümə axşamı dərc olunan hökumətin hesabatında yer alan bu hədəf, son üç ildə müəyyən edilən “təxminən 5%” artım hədəfindən daha aşağı səviyyədir. Pandemiya səbəbindən artım hədəfinin müəyyən edilmədiyi 2020-ci il istisna olmaqla, bu göstərici dünyanın ikinci böyük iqtisadiyyatı üçün indiyə qədərki ən aşağı hədəf kimi qeydə alınıb.
Pekin həmçinin büdcə kəsiri hədəfini, keçən il olduğu kimi "ÜDM-in təxminən 4%” səviyyəsində sabit saxlayıb.
Çin illik inflyasiya hədəfini “təxminən 2%” səviyyəsində saxlayıb. İlk dəfə 2025-ci ildə müəyyən edilən bu hədəf, son iyirmi ildən artıq müddətin ən aşağı inflyasiya hədəfi olaraq diqqət çəkir və Pekinin zəif daxili tələbi dolayı yolla qəbul etdiyini göstərir.
Çin Baş naziri Li Qianq hesabatda iqtisadiyyatın qarşısında duran bir çox çətinliklərə diqqət çəkib. Bunlar arasında “sürətlə dəyişən beynəlxalq ticarət və iqtisadi mühit” ilə istehlak və investisiya artımını təzyiq altında saxlayan “dərin struktur problemlər” yer alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 14 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
1 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
1 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
2 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Ən çox oxunanlar
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir






.jpg)
.jpg)







.jpg)







