10-dan çox neft tankeri İran tərəfindən vurulub
İran İslam İnqilabı Keşikçiləri Korpusu, ABŞ və İsrailin İrana hücumlarından sonra Hörmüz boğazında elan edilən keçid qadağasını pozan neft tankerlərinin hədəfə alındığını açıqlayıb. Açıqlamaya görə, xəbərdarlıqlara baxmayaraq boğazdan keçməyə çalışan 10-dan çox neft tankeri müxtəlif sursatlarla vurularaq yararsız hala salınıb.
Marja xəbər verir ki, "Fars" xəbər agentliyi, İnqilabı Keşikçiləri Korpusuna istinadən yaydığı məlumatında, İranın Hörmüz boğazının təhlükəsiz olmadığı ilə bağlı dəfələrlə xəbərdarlıq etdiyini, lakin bəzi tankerlərin bu xəbərdarlıqları nəzərə almadığını bildirib.
“Hörmüz müharibə şəraiti altındadır”
Açıqlamada bölgədə müharibə şəraitinin hökm sürdüyü və gəmilər üçün ciddi risklərin mövcud olduğu vurğulanıb. İranlı rəsmilər, raket hücumları və ya nəzarətdən çıxmış pilotsuz uçuş aparatları səbəbilə gəmilərin zərər görmə ehtimalının yüksək olduğunu bildirərək, ticarət gəmilərinə Hörmüz Boğazından keçməmələri ilə bağlı çağırış ediblər.
İran tərəfi qeyd edib ki, bu xəbərdarlıqlara əməl olunmaması halında təhlükəsizlik risklərinə görə məsuliyyət gəmi operatorlarının üzərinə düşəcək.
Boğaz keçidləri daha əvvəl bağlanmışdır
İran donanması, ABŞ və İsrailin İrana hücumlarının başlamasından sonra strateji əhəmiyyətə malik Hörmüz boğazından bütün keçidlərin bağlandığını açıqlamışdır.
Dünya neft ticarətinin təxminən 20 faizinin keçdiyi boğazda baş verən bu hadisə qlobal enerji bazarlarında və dəniz daşımalarında yeni bir böhran narahatlığını artırmışdır.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 8 d. əvvəl
-
10 d. əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
-
18 d. əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 36 d. əvvəl
- 44 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Bank Respublika”nın maliyyə vəziyyəti açıqlanıb - XALİS MƏNFƏƏTİ 18% ARTIB
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Çin iqtisadiyyatı 5% artıb
20 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
Bank 23-cü filialını Zaqatalada açdı






.jpg)
.jpg)







.jpg)





