2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
bp-nin xalis mənfəəti 8,91 milyard dollardan 7,48 milyard dollara düşüb.Enerji şirkəti bp-nin 2025-ci ildə mənfəəti illik müqayisədə 16 faiz azalıb, şirkət səhmlərin geri alınması proqramını dayandırıb.
Şirkətin açıqladığı 2025-ci il maliyyə hesabatına görə, bp-nin ötən il mənfəəti zəif neft qiymətlərinə baxmayaraq 7,48 milyard dollar olub.
Analitiklərin proqnozları, 2024-cü ildə 8,91 milyard dollar mənfəət açıqlayan şirkətin ötən il mənfəətinin 7,58 milyard dollar olacağı istiqamətində idi. Beləliklə, BP-nin 2025-ci ildə mənfəəti illik müqayisədə 16 faiz azalma göstərib.
Son rüb üzrə mənfəət proqnozlara uyğun olub
Digər tərəfdən, BP-nin ilin son rübündə mənfəəti 1,54 milyard dollarla bazar gözləntilərinə uyğun səviyyədə reallaşıb.
Şirkətin direktorlar şurası bir müddətdir davam etdirdiyi səhmlərin geri alınması proqramını dayandırmaq və vəsaiti maliyyə balansını gücləndirməyə yönəltmək barədə qərar qəbul edib. Bu qərara bərpa olunan enerji və bioqaz bizneslərində təxminən 4 milyard dollar dəyər silinmə həyata keçirilməsi də təsir edib.
Apreldə vəzifəyə başlayacaq bp-nin yeni baş icraçı direktoru Meg O’Neill-in rəhbərliyi altında şirkət artıq pul vəsaitini neft və qaz imkanlarına investisiya qoymaq üçün yönəldəcəyini bildirib. Şirkət son üç ay ərzində 750 milyon dollar dəyərində səhmlər geri alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)





.jpg)






