Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin ilk faiz qərarını açıqlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin ilk faiz qərarını açıqlayacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Mərkəzi Bankı nın pul siyasəti qərarlarının (faiz qərarlarının) ictimaiyyətə açıqlanması qrafikinə əsasən 2026-cı ildə faiz dəhlizinin parametrlərinə dair ilk qərarı 4 fevral 2026-cı il tarixində ictimaiyyətə açıqlanacaq.

Marja xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 deakbr 2025-ci il tarixli qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib.

Bu qərar 11 dekabr 2025-ci il tarixindən qüvvəyə minib. 

Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.

Mərkəzi bank bəyan etmişdi ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir.

Qeyd edək ki, dekabr ayında illik inflyasiyanın tempi 5,5%-dən 5,2%-ə geriləyib. Noyabrda illik inflyasiya 5,9%-dən 5,5%-ə düşmüşdü.

Qeyd edək ki, Mərkəzi Bank 2026-cı ildə 8 dəfə faiz qərarı açıqlayacaq.

İş elanları AzVak.az-da

Azərbaycan Mərkəzi Bankı AMB faiz qərarı faiz dəhlizi parametrlər faiz dəhlizi qərarı 2026 faiz qərarları 4 fevral 2026 faiz qərarı AMB pul siyasəti pul siyasəti qərarları uçot dərəcəsi 6.75 faiz faiz dəhlizinin aşağı həddi 5.75 faiz dəhlizinin yuxarı həddi 7.75 faiz endirimi 0.25 faiz bəndi inflyasiya hədəfi 4±2 faiz makroiqtisadi meyillər qlobal maliyyə bazarları real sektor ötürücülüyü inflyasiya proqnozu Mərkəzi Bank bəyanatı qiymət sabitliyi Azərbaycan iqtisadiyyatı monetar siyasət faiz siyasəti AMB İdarə Heyəti qərarı 11 dekabr 2025 qüvvəyə minmə Marja xəbərləri 2026-cı ildə 8 faiz qərarı
02.02.2026 10:30

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18

Ən çox oxunanlar