Chevron və ExxonMobil-in mənfəəti azalıb
ABŞ-ın enerji nəhəngi Chevron-un 2025-ci ildə mənfəəti 30,4% azalaraq 12,3 milyard dollara enib, ExxonMobil-in mənfəəti isə 14,4% geriləyərək 28,8 milyard dollar təşkil edib.ABŞ-ın enerji şirkətləri Chevron və ExxonMobil 2025-ci ilin dördüncü rübünə dair maliyyə nəticələrini açıqlayıblar. Marja xəbər verir ki, ötən il ərzində hər iki şirkətin mənfəətində nəzərəçarpacaq azalma qeydə alınıb.
Chevron-un xalis mənfəəti ötən ilin son rübündə illik müqayisədə 14,5% azalaraq 2,8 milyard dollara düşüb. Şirkət əvvəlki ilin eyni dövründə 3,2 milyard dollar xalis mənfəət açıqlamışdı. Hər səhmə düşən xalis mənfəət isə həmin dövrdə 1,84 dollardan 1,39 dollara enib.
Chevron-un mənfəəti 2025-ci ildə illik müqayisədə 30,4% azalaraq 12,3 milyard dollar səviyyəsinə düşüb. Şirkətin gəlirləri dördüncü rübdə illik 10,2% azalma ilə 46,9 milyard dollar olub, il üzrə ümumi gəlirləri isə 6,8% azalaraq 189 milyard dollara geriləyib.
2025-ci ildə ExxonMobil-in mənfəəti 14,4% azalıb
ExxonMobil tərəfində də oxşar mənzərə yaranıb. Şirkətin xalis mənfəəti ötən ilin dördüncü rübündə illik müqayisədə 14,6% azalaraq 6,5 milyard dollara düşüb. ExxonMobil əvvəlki ilin eyni dövründə 7,6 milyard dollar mənfəət açıqlamışdı. Hər səhmə düşən xalis mənfəət də eyni dövrdə 1,72 dollardan 1,53 dollara enib.
ExxonMobil-in mənfəəti 2025-ci il üzrə illik 14,4% azalma ilə 28,8 milyard dollar olub. Şirkətin gəlirləri dördüncü rübdə illik 1,3% azalaraq 82,3 milyard dollara enib, il üzrə cəmi gəlirləri isə 5% azalaraq 332,2 milyard dollara geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)









.jpg)





