Qızıl və gümüş kəskin ucuzlaşıb
Qızıl qiymətlərində oktyabr ayından bu yana ən kəskin günlük eniş müşahidə olunub. Bir sıra investorlar aldıqları qızılı yüksək qiymətlərə sataraq götürüblər.Dolların bir qədər dəyər qazanması ilə qızılın qiyməti 7,5% düşüb. Bu, 21 oktyabrdan bəri görülən ən kəskin günlük ucuzlaşma olub. Gümüşün qiyməti isə 13%-ə qədər geriləyib.
Qızıl il ərzində artan geosiyasi gərginliklər və ABŞ Mərkəzi Bankının (FED) müstəqilliyinə dair narahatlıqların təsiri ilə kəskin bahalaşmışdı. Dolların dəyər itirməsi də qızılın qiymətinin artmasına dəstək vermişdi. Qiymətli metal təkcə bu ay ərzində təxminən 20 faizə qədər dəyər qazanmışdı.
"TD Securities"in qlobal əmtəə strategiyası üzrə rəhbəri Bart Melek, “Momentum zəifləyib və investorlar yüksək səviyyələrdə mənfəətlərini reallaşdırırmış kimi görünür” - deyə bildirib.
"Blue Line Futures"ın baş bazar strateqi Phil Streible isə səhm bazarlarındakı enişlərin, qiymətli və sənaye metalları da daxil olmaqla digər aktivlərdə də likvidasiyaya səbəb olduğunu qeyd edib.
Qızıl Bakı vaxtı ilə saat 11:41-də 3,7% ucuzlaşma ilə unsiya başına 5 min 175 dollardan, gümüş isə təxminən 13% ucuzlaşma ilə unsiya başına 105 dollardan ticarət edilib. Dünən qızılın qiyməti 5594 dolları, gümuşün qiyməti isə 121 dolları keçmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)




.jpg)






