Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
Mərkəzi Bank "Statistik bülleten Dekabr - 2025" buraxılışını dərc edib.
Bank sektoru
Bülletendə bildirilir ki, 31 dekabr 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, ATM-lərin sayı 3,486 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 1.4% və ya 369 nəfər artaraq 27 min 389 nəfər (ilin əvvəlindən 8% və ya 2,026 nəfər) təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 57 milyard 86.2 milyon manat, cəmi öhdəlikləri 49 milyard 743.7 milyon manat, balans kapitalı 7 milyard 342.5 milyon manat olmuşdur. 2025-ci il ərzində bankların cəmi aktivləri 7.7%, cəmi öhdəlikləri 7.2%, balans kapitalı 11% artmışdır.
Hesabat ayında bankların kredit portfeli 1.3% və ya 377.5 milyon manat artaraq 30 milyard 63 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.6% (16 milyard 106.3 milyon manat);
ıı) istehlak kreditləri – 31.1% (9 milyard 354.2 milyon manat)
ııı) ipoteka kreditləri – 15.3% (4 milyard 602.5 milyon manat).
Ümumilikdə, 2025-ci il ərzində bankların kredit portfeli 9.4% və ya 2 milyard 585.4 milyon manat (o cümlədən, biznes kreditləri 1 milyard 319.1 milyon manat, istehlak kreditləri 909,3 milyon manat, ipoteka kreditləri 357 milyon manat) artmışdır.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 76.8%-i və ya 38 milyard 221.9 milyon manat. Depozit portfelinin 57.3%-i (21 milyard 898.4 milyon manat) hüquqi şəxslərin, 42.7%-i (16 milyard 323.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 68.5%-i (11 milyard 183.5 milyon manat) milli valyutada, 31.5%-i (5 milyard 140 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63.2%-i (10 milyard 316 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri dekabr ayında 3.5% və ya 352.1 milyon manat, tələbli əmanətləri isə 2.1% və ya 123.7 mln. manat artmışdır.
2025-ci ilin dekabr ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1.7% (3 min 206 əmanətçi), ilin əvvəlindən isə 29% (43 min 615 əmanətçi) artmışdır.
Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 582 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.7%-ni təşkil etmişdir.
2025-ci il ərzində banklar 1 milyard 161.6 milyon manat xalis mənfəət, 1 milyard 862 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin yanvar – dekabr aylarında banklar tərəfindən ümumilikdə 316.8 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin dekabr ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 10.2% artaraq 40 milyard 393.7 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 676.3 milyon manat artaraq 3 milyard 261.8 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dekabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 145 min ədəd artaraq 21 milyon 980 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10.5% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 12.8% artmış, kredit kartlarının sayı isə 8% azalmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, dekabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 19% artmışdır. 2025-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 10 milyard 97 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 833 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 260 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünə xidmət terminallarının və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.6%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin dekabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8.1%, POS-terminalların sayı 54.1% artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
-
3 saat əvvəl
Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
-
3 saat əvvəl
Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Fermerlər heyvanlarını daha çox sığortalayır: göstərici 2 dəfə yüksəlib
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Azərbaycan Rusiyaya nota verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib
Qlobal ərzaq qiymətləri 5 aydır fasiləsiz düşməkdə davam edir
Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Stellantis şirkətinin səhmləri yüksək məbləğdə zərər açıqlamasından sonra kəskin ucuzlaşıb
Bu bank nağd pul kreditləri üzrə faiz dərəcələrini aşağı saldı
İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib





















