Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
Avro/dollar paritesi qlobal qeyri-müəyyənliklər və dollar üzərində artan təzyiqlər fonunda 2021-ci ilin iyun ayından bəri ən yüksək səviyyəyə qalxıb.
Marja.az xəbər verir ki, beynəlxalq bazarlarda avro/dollar məzənnəsi gün ərzində 1,2045 səviyyəsinə qədər yüksələrək 2021-ci ilin iyunundan bu yana ən yüksək həddə çatıb.
ABŞ Prezidenti Donald Trampın Ağ Evə qayıdışı və “Öncə Amerika” şüarı ilə gündəmə gələn yeni nəsil xarici siyasət yanaşmasının qlobal bazarlarda dolların gələcəyi ilə bağlı müzakirələri artırması fonunda avro dollar qarşısında dəyər qazanmağa davam edir.
Gün ərzində 1,2045 səviyyəsini sınaqdan keçirən məzənnə, Bakı vaxtı ilə 08:00-da 1,1997 səviyyəsində sabitləşib. Eyni zamanda, ABŞ dollarının avro, İsveçrə frankı, Yapon yeni, Kanada dolları, funt sterlinq və İsveç kronu qarşısındakı performansını ölçən dollar indeksi, Yaponiyanın maliyyə bazarlarındakı həssaslığın təsiri ilə son 4 ilin ən aşağı səviyyəsi olan 96,5 bənddən aşağı enib.
Dolların əsas valyutalar qarşısında zəiflədiyi bu dövrdə funt sterlinq də 2021-ci ilin oktyabrından bəri dollar qarşısında ən yüksək səviyyəsinə yüksəlib.
Fed-in müstəqilliyi ilə bağlı müzakirələr dollar üzərində təzyiqi artırır
Analitiklər Avro/dollar məzənnəsindəki yüksəlişin əsas səbəbləri sırasında Tramp administrasiyasının gömrük tarifləri və Qrenlandiya böhranı kimi mövzularda proqnozlaşdırılması çətin mövqeyinin müttəfiq ölkələri alternativ axtarışlara yönəltməsini göstərirlər.
Bundan əlavə, zəif açıqlanan ABŞ iqtisadi göstəriciləri, ABŞ Mərkəzi Bankının (FED) müstəqilliyi ilə bağlı müzakirələr və dövlət maliyyəsi ilə bağlı narahatlıqlar dollar üzərində təzyiqləri artırır.
Mütəxəssislər dolların 2024-cü ilin sonundan bəri avro qarşısında təxminən 14% dəyər itirdiyini vurğulayaraq, bu geriləmənin təkcə ticarət müharibələri ilə deyil, həm də ABŞ-ın qlobal təhlükəsizlikdəki ənənəvi rolundan uzaqlaşması ilə əlaqəli olduğunu bildirirlər.
Analitiklər dollar satışlarının müxtəlif səbəblərlə daha da sürətlənə biləcəyi barədə xəbərdarlıq edərək, ABŞ-da yeni dövlət istiqrazlarının buraxılışı, Fed-in faiz qərarı və yaxınlaşan hökumət bağlanması riski kimi amillərə də diqqət çəkirlər.
Böyük texnologiya şirkətlərinin maliyyə hesabatları investorların diqqət mərkəzindədir
ABŞ-ın texnologiya nəhəngləri olan Microsoft, Meta, Tesla və Apple-ın bu həftə açıqlayacağı maliyyə nəticələri investorların əsas diqqət mərkəzindədir. Gözləntilərin doğrulmaması halında səhmlərin satılmasının dollar üzərində əlavə təzyiq yarada biləcəyi qiymətləndirilir.
ABŞ və Yaponiyanın valyuta bazarlarına mümkün koordinasiyalı müdaxiləsi investorları narahat edir. Analitiklərin fikrincə, iki ölkənin birlikdə dolların dəyərini aşağı salacağı gözləntiləri aktivlərin satışını sürətləndirib.
Keçmişdə zəif dolların iqtisadi faydalarını tez-tez vurğulayan Trampın, güclü valyutanın prestijli görünsə də, zəif valyuta ilə daha çox qazanc əldə oluna biləcəyi barədə fikirlərinin mövcud dəyər itkisi ilə Trampın iqtisadi siyasətləri arasında uyğunluq yaratdığı şərh olunur.
Avro bazara çıxarkən 1,17 dollar idi
Qeyd edək ki, avro 1999-cu ildə bazara çıxarıldıqda 1,17 dollar səviyyəsində idi. Sonrakı dövrdə avro dollar qarşısında sürətlə dəyər itirmiş və 2000-ci ilin oktyabrında məzənnə 0,82 səviyyəsinə qədər geriləmişdi. 2002–2008-ci illərdə avro yenidən möhkəmlənmiş, 2008-ci ildə 1,60 səviyyəsinə çataraq tarixi rekord qırmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
-
31 d. əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
-
5 saat əvvəl
Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
-
5 saat əvvəl
Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Fermerlər heyvanlarını daha çox sığortalayır: göstərici 2 dəfə yüksəlib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib
Qlobal ərzaq qiymətləri 5 aydır fasiləsiz düşməkdə davam edir
Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Stellantis şirkətinin səhmləri yüksək məbləğdə zərər açıqlamasından sonra kəskin ucuzlaşıb
Bu bank nağd pul kreditləri üzrə faiz dərəcələrini aşağı saldı





















