Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
Çinli alıcılar və satıcılar rekord qiymətlərə baxmayaraq qızıl çılğınlığının davam etməsini gözləyirlər.Qızılın qiyməti bu həftə tarixi ən yüksək səviyyələrinə çatdıqdan sonra müştərilər Şanxay və Honq Konqda qiymətli metallar satan mağazalara axın ediblər. Ölkədə investisiya məqsədli külçə və sikkələrə olan maraq artıb. Onlar qiymət artımının davam edəcəyini gözləyirlər.
Marja xəbər verir ki, qızıl qiymətləri bazar ertəsi günü 1 unsiya üçün 5 min 100 dolları ötüb. 2025-ci ildə 62% bahalaşdıqdanr sonra rekord qıran bu qiymət yüksəlişi, mərkəzi bankların ABŞ dollarına asılılığı azaltmaq məqsədilə etdiyi alışlar və ABŞ-da prezident Donald Trampın ilk ilindən sonra “təhlükəsiz liman” axtaran alıcılardan gələn güclü tələbin sayəsində baş verib.
Qlobal investisiya bankı "Societe Generale"ın analitikləri bazar ertəsi verdikləri açıqlamada qızılın ilin sonuna qədər unsiya başına 6 min dollar səviyyəsinə çatacağını, lakin qiymətlərin daha da arta biləcəyini və bu proqnozun ehtiyatlı olduğunu bildiriblər.
Honq Konqda qızıl və gümüş kimi qiymətli metalların ticarəti ilə məşğul olan "Swiss Investors Corporation Limited"in baş direktoru Simon Littmann bu ilin yanvar ayındakı işlərinin təxminən 20 illik karyerasındakı ən yaxşı iş həcmi olduğunu deyib. Littmann “Keçən il ehtimal ki, ikinci ən yaxşı iş ilimiz idi və bu ilin də çox yaxşı keçməsi gözlənilir, lakin təchizat problemlərimiz var,” — deyə qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























