Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2024 – 2025-ci illər ərzində 1373 hüquqi və fiziki şəxsin 173 544 ədəd avadanlığa icazə üçün müraciətinə baxıb.
Bunlardan 452 şəxs “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan müxtəlif markalı və modelli 6970 avadanlığa xüsusi icazə verilməsi ilə bağlı müraciət edib.
342 müraciət üzrə 4960 avadanlığın mülki dövriyyəsi üçün xüsusi icazə verilib.
87 müraciət üzrə 368 avadanlığa qanunvericiliyə uyğun tələb edilən sənədlər təqdim olunmadığı üçün icazə verilməyib.
19 müraciət üzrə 43 avadanlığın mülki dövriyyəsinə xüsusi icazə tələb olunmadığına dair ərizəçilərə məktub göndərilib.
Bununla yanaşı, 2024 – 2025-ci illər ərzində 166 574 avadanlığın idxalına görə 921 müraciət qeydə alınıb. 162 831 avadanlığın idxalı üçün 847 müraciət qanunauyğun cavablandırılıb.
3 737 avadanlığın idxalına dair daxil olmuş 71 müraciət üzrə ərizəçilərə tələb olunan sənədlərin təqdim edilməsi bildirilib.
Xatırladaq ki, 2024-cü ilin mart ayında İKTA “Radioelektron vasitələrə verilən icazələr” elektron xidmətini (https://e-permission.icta.az) istifadəyə verib. Elektron xidmətin tətbiqi ilə müraciətlər daha sürətli və effektiv cavablandırılıb.
Həmçinin 2025-ci ilin yanvar – dekabr aylarında “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.4-cü maddəsinə əsasən sürətli poçt xidməti üçün 283 müraciət üzrə təqdim olunan ərizələrə əlavə edilən sənədlərdəki məlumatların uyğunluğu qiymətləndirilib.
Nəticədə 278 ünvanda sürətli poçt xidmətinin göstərilməsi üçün müraciətlərə müsbət cavab verilib.
Digər 5 müraciətlə bağlı isə müsbət rəy verilməyib.
Qeyd edək ki, telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici olan İKTA bu sahələrin inkişafı üçün qanunvericilik və nizamnamə çərçivəsində fəaliyyətini davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
1 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
3 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın






.jpg)








.jpg)









