Qızılın unsiyasının qiyməti 4800 dolları da keçdi - Yeni tarixi rekord
Qızıl Qrenlandiya ətrafında yaranan gərginlik fonunda qızılın unsiyasının qiyməti 4 800 dollar həddini keçərək yeni tarixi rekorda yüksəlib.Beynəlxalq bazarlarda qızılın qiyməti çərşənbə günü 1 unsiya üzrə 4800 dollar həddini aşaraq növbəti rekord səviyyəyə qalxlb. Qrenlandiya ilə əlaqəli artan gərginlik və yenidən alovlanan ticarət münaqişələri qlobal bazarları sarsıdaraq investorları təhlükəsiz “liman” aktivlərinə, o cümlədən qızıla yönəldir.
Marja xəbər verir ki, qızıl 1,7% də bahalaşaraq yeni tarixi maksimuma – 4844.39 dollar/unsiya səviyyəsinə yüksəlib və bu ay ərzində ard-arda qeydə alınan rekord bahalaşmaları davam etdirib.
ABŞ qızıl fyuçersləri isə 1,3% artaraq 4830.04 dollar səviyyəsinə çatıb.
Qızılın qiyməti bu həftə ərzində, bugünkü artım da daxil olmaqla, 5%-dən çox yüksəlib.
Son qiymət sıçrayışı ABŞ və Avropa arasında Qrenlandiyanın strateji əhəmiyyəti ilə bağlı münasibətlərin gərgin qalması fonunda baş verib.
ABŞ Prezidenti Donald Tramp Arktikadakı təhlükəsizlik narahatlıqlarını əsas gətirərək Qrenlandiya məsələsində “geri dönüş olmadığını” bildirib və Avropa ölkələrinə qarşı tariflərlə hədələyib. Bu isə artıq qlobal ticarət riskləri səbəbindən narahat olan bazarlarda qeyri-müəyyənliyi daha da artırıb.
Fransa Prezidenti Emmanuel Makron Avropanın “zorbaların” qarşısında geri çəkilməyəcəyini bildirərək vurğulayıb ki, müttəfiqlər arasında münasibətlər məcburiyyət deyil, hörmət və əməkdaşlıq üzərində qurulmalıdır.
Davosda keçirilən Dünya İqtisadi Forumunun kənarında səsləndirilən bu açıqlamalar, Qrenlandiya mübahisəsi ilə əlaqədar Vaşinqtonun ritorikası və ticarət təhdidlərinin Avropada artan narahatlıq doğurduğunu göstərib.
Tramp isə ABŞ-ın məsələ üzərində işlədiyini və NATO-nu qane edəcək nəticə əldə etməyə çalışdığını deyərək bazarları sakitləşdirməyə cəhd edib, lakin investorlar ehtiyatlı mövqelərini qoruyublar.
Qızıla olan investor tələbi ABŞ dollarının zəifləməsi ilə daha da güclənib. Dollar çərşənbə axşamı günü təxminən 0,8% ucuzlaşaraq son iki həftənin ən aşağı səviyyəsinə düşüb.
ABŞ Dollar İndeksi isə çərşənbə günü Asiya ticarət saatlarında 0,2% aşağı ticarət olunub.
Zəif dollar qızılı digər valyutalara sahib olan investorlar üçün daha ucuz edir və adətən gəlir gətirməyən bu metala tələbatı artırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















