Fransız fermerlərin etiraz aksiyaları davam edir
Fransada AB–MERCOSUR sazişinə qarşı çıxan fermerlər ictimai binaların qarşısına peyin töküblər.Fransanın Dijon şəhərində bir araya gələn fermerlər Mercosur ticarət sazişini etiraz etmək məqsədilə cümə günü ictimai binaların qarşısına peyin, təkər və saman töküblər.
Marja xəbər verir ki, ölkənin ən böyük kənd təsərrüfatı qurumlarından olan Milli Kənd Təsərrüfatı İstehsalçıları İttifaqları Federasiyasının (FNSEA) yaydığı açıqlamada, UNPT-nin federasiyanın səfərbərlik çağırışına dəstək məqsədilə simvolik aksiya keçirdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, Fransanın kənd təsərrüfatı sektoru gəlirlərini, standartlarını və ölkənin kənd təsərrüfatı sahəsində suverenliyini qorumağa davam etmək üçün birlik və qətiyyət nümayiş etdirir.
Ölkə üzrə keçirilən aksiyalarda AB–MERCOSUR sazişinin fermerlərin əleyhinə yarada biləcəyi ədalətsiz rəqabətə qarşı təcili və konkret fəaliyyət planının hazırlanması tələb olunub.
AB–MERCOSUR sazişi prosesi
AB ölkələri daha əvvəl 2025-ci ilin dekabrına planlaşdırılan, lakin fermer etirazları və Fransa, İtaliya və Polşa kimi ölkələrin etiraz mövqeyi səbəbindən təxirə salınan AB–MERCOSUR azad ticarət sazişini 9 yanvarda təsdiqləyib.
Paraqvayda 17 yanvarda imzalanması planlaşdırılan saziş çərçivəsində MERCOSUR ölkələrinə mal əti, quş əti, süd məhsulları, şəkər və etanol kimi bəzi kənd təsərrüfatı məhsulları üzrə gömrük güzəştlərinin verilməsi, bunun əvəzində isə bu ölkələrin bazarlarının Avropa sənayesi üçün açılması nəzərdə tutulur.
Avropalı fermerlər isə istehsalının aşağı standartlara cavab verdiyini iddia etdikləri ucuz kənd təsərrüfatı məhsullarının AB bazarını dolduracağına diqqət çəkərək, bunun bir çox ailə təsərrüfatının iflasına səbəb ola biləcəyini bildirirlər.
MERCOSUR (Cənub Ortaq Bazarı) 1991-ci ildə Cənubi Amerika ölkələri arasında iqtisadi və siyasi inteqrasiyanı dərinləşdirmək məqsədilə yaradılmış ticarət blokudur. Onun əsas hədəfi üzv ölkələr (Argentina, Braziliya, Paraqvay, Uruqvay, Boliviya) arasında malların, xidmətlərin və insanların sərbəst hərəkətini təmin etmək, həmçinin vahid xarici gömrük tarifinin tətbiqidir. Avropa İttifaqına bənzər şəkildə fəaliyyət göstərən bu blok regional ticarəti artırmağı və üzv ölkələrin beynəlxalq bazarlarda daha güclü və vahid mövqe ilə çıxış etməsini məqsəd qoyur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)
.jpg)








.jpg)







