Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“2024 – 2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”ndan irəli gələrək bank sektorunda maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq tənzimləmə standartlarına uyğunluğun artırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 23 dekabr 2025-ci il tarixli qərarı ilə “Banklarda bazar risklərinin idarə edilməsi Qaydası” (Qayda) təsdiq edilib.

Bazel III standartlarına uyğunlaşma ilə yanaşı, yeni tənzimləmə çərçivəsi banklarda bazar risklərinin müəyyənləşdirilməsi, ölçülməsi, monitorinqi və idarə edilməsinə dair vahid və mütərəqqi tələbləri müəyyən edir.

Reklam_3_11

Qaydada banklarda bazar risklərinin idarə edilməsi sistemi, siyasəti və qaydaları üzrə tələblər, bazar riskinin ayrı-ayrı növləri (faiz dərəcəsi, valyuta, kapital və əmtəə riski) üzrə risklərin ölçülməsi metodları, monitorinq və hesabatlıq nəzərdə tutulur. Qayda həmçinin faiz dərəcəsi, valyuta, kapital və əmtəə risklərinin daha dəqiq müəyyən edilməsinə və ölçülməsinə imkan yaradacaq. Bununla yanaşı, xüsusilə bank kitabından yaranan faiz dərəcəsi riskinin (IRRBB) qabaqcıl yanaşmalar əsasında idarə olunması təmin ediləcək. Bu isə bazar dəyişikliklərindən irəli gələn mümkün itkilərə qarşı bank sektorunun dayanıqlılığını gücləndirəcəkdir.

Qaydanın tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://e-qanun.az/framework/61170

13.01.2026 20:20

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Gümüş rekorddan "doymur"
Gümüş rekorddan "doymur"
13.01.2026 18:26
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18