“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
“OBA” marketlər şəbəkəsində tətbiq olunan SAP SuccessFactors layihəsi 24 ölkə arasından seçilərək “Biznes Transformasiyası” nominasiyasında beynəlxalq mükafatla təltif olunub.
Mükafat çərçivəsində şirkətlərdə insan resursları funksiyalarının rəqəmsallaşdırılması, proseslərin optimallaşdırılması və əməkdaş təcrübəsinin yaxşılaşdırılması üzrə həyata keçirilən təşəbbüslər qiymətləndirilib.
OBA-da SAP SuccessFactors layihəsi işə qəbul, performans, təlim və inkişaf kimi əsas HR proseslərini vahid platforma üzərindən idarə etməklə əməliyyat səmərəliliyini artırmağı məqsəd qoyub.
Qiymətləndirmə zamanı layihə üzrə aşağıdakı istiqamətlər ön plana çıxıb:
•proseslərin rəqəmsallaşdırılması
•əməliyyatların optimallaşdırılması
•təşkilati çevikliyin artırılması
•əməkdaş məhsuldarlığı və məmnuniyyətinin yüksəldilməsi
Məsələ ilə bağlı verilən açıqlamada rəqəmsallaşmada insan amilinin əhəmiyyətinə diqqət çəkilib: “Strategiya və texnologiya nə qədər inkişaf etmiş olsa da, onları həyata keçirmək və davamlı optimallaşdırmaq üçün insanlara ehtiyac var. Bu mükafat OBA komandasının birgə səylərinin nəticəsidir”.
2016-cı ildən fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi hazırda ölkənin dörd bir yanında 10 000-dən çox əməkdaşı ilə milyonlarla vətəndaşa xidmət göstərməyə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 d. əvvəl
-
24 d. əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 26 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
2 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
2 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Ən çox oxunanlar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"


















.jpg)



