970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Fitch ABŞ üçün iqtisadi artım proqnozunu yüksəldib

Beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings ABŞ iqtisadiyyatı üzrə bu il üçün iqtisadi artım proqnozunu 1,9 faizdən 2 faizə yüksəldib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Fitch ABŞ üçün iqtisadi artım proqnozunu yüksəldib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings ABŞ iqtisadiyyatına dair artım proqnozunu açıqlayıb.

MArja xəbər verir ki, Fitch tərəfindən yayımlanan açıqlamada ABŞ-də ötən ilin son dövründə hökumətin bağlanması səbəbindən təxirə salınan iqtisadi məlumat açıqlamalarının nəzərə alındığı və bu çərçivədə ölkə iqtisadiyyatının 2025 və 2026-cı illər üzrə artım proqnozlarının yuxarı istiqamətdə yeniləndiyi bildirilib.

Açıqlamada ABŞ iqtisadiyyatının ötən il 2,1 faiz böyüdüyünün təxmin edildiyi, bu göstəricinin Fitch-in dekabr ayında dərc etdiyi Qlobal İqtisadi Proqnozlar hesabatında proqnozlaşdırılan 1,8 faizdən yüksək olduğu qeyd edilib. Fitch, ABŞ iqtisadiyyatına dair 2026-cı il üçün artım proqnozunu da 1,9 faizdən 2 faizə qaldırıb.

Açıqlamada artımın ötən ilin üçüncü rübündə gözləniləndən xeyli güclü olduğuna diqqət çəkilib. Bu dövrdə istehlak, dövlət xərcləri və xalis ticarətdə yuxarı istiqamətli sürprizlərin müşahidə edildiyi bildirilib.

Xüsusi investisiyalardakı artımın gözləntilərdən aşağı qaldığına işarə edilən açıqlamada, buna baxmayaraq informasiya texnologiyaları sahəsində investisiyaların illik müqayisədə 14 faiz artaraq ümumi iqtisadi artıma mühüm töhfə verdiyi vurğulanıb.

Fitch açıqlamasında məşğulluq və real ev təsərrüfatları gəlirlərində artımın yavaşlamasına baxmayaraq istehlakın güclü mövqeyini qoruduğu qeyd edilib.

2026-cı ilin ilk yarısında FED-dən iki faiz endirimi gözlənilir

Açıqlamada inflyasiyanın 2026-cı ildə tarifələrin gecikmiş təsirləri ilə artmağa davam edəcəyi və ili 3,2 faiz səviyyəsində tamamlayacağının gözlənildiyi bildirilib.

İşsizlik səviyyəsinin isə 2026-cı ildə orta hesabla 4,6 faiz olacağı proqnozlaşdırılıb. Həmçinin FED-in 2026-cı ilin ilk yarısında iki faiz endirimi edəcəyi və siyasət faizinin yuxarı həddini 3,25 faiz səviyyəsinə endirəcəyinin gözlənildiyi qeyd olunub.

09.01.2026 08:25

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18