970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

BMT qlobal iqtisadiyyata dair proqnozlarını açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
BMT qlobal iqtisadiyyata dair proqnozlarını açıqlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən yayımlanan “Dünya İqtisadi Vəziyyəti və Gözləntilər 2026” hesabatında qlobal iqtisadiyyatın bu il 2,7 faiz böyüyəcəyinin proqnozlaşdırıldığı bildirilib. Bu göstəricinin 2025-ci il üçün proqnozlaşdırılan 2,8 faizdən aşağı olduğu və pandemiyadan əvvəlki orta göstərici olan 3,2 faizdən xeyli geri qaldığı qeyd edilib.

Marja.az xəbər verir ki, hesabatda dünya iqtisadiyyatının 2027-ci ildə isə 2,9 faiz artım göstərəcəyinin gözlənildiyi bildirilib.

Reklam_3_11

BMT ticarət gərginlikləri və maliyyə çətinliklərinin iqtisadi şərtlər üzərində təzyiq yaratdığı barədə xəbərdarlıq edib. Hesabatda ötən il ABŞ-nin tariflərində müşahidə olunan kəskin artımlara baxmayaraq, gözlənilməz bir dayanıqlılığın olduğu, güclü istehlak xərcləri və yavaşlaıyan inflyasiyanın artımı dəstəklədiyi, lakin struktur zəifliklərin davam etdiyi vurğulanıb.

Hesabatda zəif investisiyalar və məhdud fiskal imkanların iqtisadi fəaliyyətə təzyiq göstərdiyi, bunun isə qlobal iqtisadiyyatın pandemiya öncəsi dövrlə müqayisədə daimi olaraq daha yavaş artım trayektoriyasına keçməsi riskini artırdığı bildirilib.

Ticarət gərginliklərində qismən yumşalma müşahidə olunduğuna diqqət çəkilən hesabatda, buna baxmayaraq yüksək tarifələrin və artan makroiqtisadi qeyri-müəyyənliyin təsirinin 2026-cı ildə daha aydın hiss ediləcəyinin gözlənildiyi vurğulanıb.

Pul siyasətində yumşalma və bazar əhval-ruhiyyəsinin yaxşılaşması sayəsində maliyyə şərtlərinin rahatlaşdığı qeyd edilsə də, xüsusilə süni intellekt sahəsində sürətli inkişaflarla əlaqəli sektorlar üzrə yüksək qiymətləndirmələr səbəbindən risklərin davam etdiyi bildirilib.

Bundan əlavə, yüksək borc səviyyələri və artan borclanma xərclərinin bir çox inkişaf etməkdə olan ölkələr üçün siyasət imkanlarını daraltdığı qeyd olunub.

Qlobal ticarətdə gözlənti

Hesabatda qlobal ticarətin 2025-ci ildə yüksək siyasət qeyri-müəyyənliyi və artan tarifələrə baxmayaraq 3,8 faiz artaraq gözləniləndən daha güclü nəticə göstərdiyi bildirilib. Bu artımın ilin əvvəlində daşımaların önə çəkilməsi və xidmətlər ticarətində güclü artımla bağlı olduğu qeyd olunub. Bununla yanaşı, qlobal ticarətdə artım tempinin zəifləyəcəyi və 2026-cı ildə artımın 2,2 faizlə məhdudlaşacağı proqnozlaşdırılıb.

Yüksək qiymətlər qlobal problem olaraq qalır

Hesabatda dezinflasiya prosesinin davam etməsinə baxmayaraq, yüksək qiymətlərin qlobal miqyasda mühüm problem olaraq qaldığı vurğulanıb. Ümumi inflyasiyanın 2024-cü ildə 4 faizdən, 2025-ci ildə 3,4 faizə, 2026-cı ildə isə 3,1 faizə enməsinin gözlənildiyi bildirilib. Bununla yanaşı, qiymət təzyiqlərinin real gəlirlər üzərində mənfi təsirinin davam etdiyi qeyd edilib.

ABŞ, Aİ və Çin iqtisadiyyatlarına dair artım proqnozları

Hesabatda ABŞ iqtisadiyyatının bu il 2 faiz, gələn il isə 2,2 faiz böyüyəcəyinin gözlənildiyi qeyd olunub. Pul və fiskal yumşalmanın dəstəyi ilə bu il üçün artım gözləntisinin 2025-ci ildəki 1,9 faiz səviyyəsindən bir qədər yüksək olduğu bildirilib. Bununla yanaşı, zəifləyən əmək bazarının artım tempinə təzyiq göstərə biləcəyi vurğulanıb.

Avropa İttifaqında (Aİ) iqtisadi artımın 2026-cı ildə 1,3 faiz, 2027-ci ildə isə 1,6 faiz olacağı gözlənilir. Bu göstəricilərin 2025-ci il üçün proqnozlaşdırılan 1,5 faiz artımdan aşağı olduğu qeyd olunaraq, ABŞ-nin yüksək tarifələri və davam edən geosiyasi qeyri-müəyyənliklərin ixracata təzyiq göstərəcəyi bildirilib.

Hesabatda Çin iqtisadiyyatının bu il 4,6 faiz, gələn il isə 4,5 faiz böyüyəcəyinin proqnozlaşdırıldığı da qeyd edilib.

qlobal iqtisadiyyat 2026 dünya iqtisadi vəziyyəti və gözləntilər 2026 BMT iqtisadi hesabatı 2026 qlobal iqtisadi artım proqnozu dünya iqtisadi artımı 2 7 faiz qlobal iqtisadi risklər ticarət gərginlikləri və iqtisadiyyat qlobal ticarət artımı 2026 beynəlxalq ticarət proqnozları qlobal inflyasiya proqnozu dezinflasiya prosesi yüksək qiymətlər qlobal problem maliyyə şərtlərinin yumşalması süni intellekt və iqtisadi risklər inkişaf etməkdə olan ölkələr borc problemi ABŞ iqtisadi artım proqnozu Avropa İttifaqı iqtisadi artımı Çin iqtisadiyyatı artım proqnozu qlobal iqtisadi gözləntilər 2027 pandemiyadan sonrakı iqtisadi artım fiskal imkanların məhdudlaşması makroiqtisadi qeyri-müəyyənlik dünya ticarət həcmi proqnozu
09.01.2026 07:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18