"Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək"
Qarabağda və Şərqi Zəngəzurda gedən quruculuq işlərinə paralel olaraq Naxçıvan Muxtar Respublikasında da istər yaşıl enerji olsun, istər kənd təsərrüfatı, istər suvarma, - indi orada böyük suvarma layihələri icra ediləcək, - istər turizm, bu bölgəni biz birləşdirəcəyik. Mən bunu bir daha demək istəyirəm, biz bunu onsuz da edəcəkdik, amma yaxşı ki, bunu sülh yolu ilə edirik.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Ermənistanın da bundan ancaq fayda görəcəyini qeyd edən Azərbaycan Prezidenti vurğulayıb:
“Çünki Ermənistan indiki dalan vəziyyətindən çıxa bilər və çıxacaq. Azərbaycanla Ermənistan arasında yollar açılacaq. Türkiyə ilə Ermənistan arasında yollar açılacaq. Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək. Yəni bu, Ermənistan üçün də faydalıdır. Burada uduzan tərəflər olmamalıdır. Hər halda iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən uduzan tərəf olmayacaq. Əgər kimsə özünü siyasi cəhətdən uduzmuş hesab edirsə, bu, necə deyərlər, onun problemidir. Amma əgər hər kəs bu məsələyə praqmatizm nöqteyi-nəzərindən baxsa, burada özü üçün xeyirli bir iş görə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İlham Əliyev: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 7-də gözlənilən hava şəraiti
Omanda ABŞ-İran danışıqları başladı
“PAŞA Həyat” və “Kaspi Kids” 300-ə yaxın uşağı sığortaladı
"Merkuri BOKT" 2025-ci ilin 9 ayını mənfəət ilə başa vurub
Ən çox oxunanlar
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
Nazir startap nümayəndələri ilə görüşüb
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Azercell-dən xüsusi “Samsung” kampaniyası!
Bank vergi işçilərinə komissiyasız kredit təklif edir

















