970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Naxçıvan şəhərində müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvan şəhərində müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Naxçıvan şəhəri üzrə 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Marja.az AYNA-ya istinadən xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 3 fevral 2026-cı il, saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən 1 nömrəli (Əliabad qəsəbəsi – Yeni Naxçıvan yaşayış massivi), 2 nömrəli (Tumbul kəndi - Əyləncə adası), 3 nömrəli (Olimpiya İdman Kompleksi) və 4 nömrəli (“Araz” İstehsalat Birliyi - Əliabad qəsəbəsi) şəhərdaxili avtobus marşrutları üzrə 4 lotda fevralın 17-də;

5 nömrəli (Elektrik yarımstansiyası - Xalçaçılıq fabriki), 6 nömrəli (Babək şəhəri - Zəfər parkı), 7 nömrəli (Qaraçuq kəndi - “Cahan” ticarət mərkəzi), 8 nömrəli (Xəlilli kəndi - “Cahan” ticarət mərkəzi) və 9 nömrəli (Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidməti - Yeni Naxçıvan yaşayış massivi) şəhərdaxili avtobus marşrutları üzrə 5 lotda fevralın 20-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi AYNA Naxçıvan şəhərdaxili avtobus marşrutları Naxçıvan avtobus müsabiqəsi şəhərdaxili sərnişindaşıma avtobus marşrutlarının müsabiqəsi sərnişindaşıma xidmətinin keyfiyyəti avtomobil nəqliyyatı qanunu Nazirlər Kabineti 52 nömrəli qərar müntəzəm sərnişin daşımaları daşıyıcıların müsabiqə ilə seçilməsi şəhərdaxili marşrut xətləri Naxçıvan nəqliyyat sistemi ictimai nəqliyyat Naxçıvan AYNA müsabiqə elanları avtobus daşıyıcıları üçün müsabiqə şəhərdaxili avtobus xətləri 1 2 3 4 5 6 7 8 9 Əliabad qəsəbəsi marşrutları Yeni Naxçıvan yaşayış massivi Babək şəhəri marşrutu Zəfər parkı avtobus xətti Cahan ticarət mərkəzi marşrutları rayonlararası nəqliyyat xətləri nəqliyyat təhlükəsizliyi sərnişin rahatlığı ictimai nəqliyyatın inkişafı Marja nəqliyyat xəbərləri Azərbaycan nəqliyyat xəbərləri avtobus parkının yenilənməsi ehtiyat nəqliyyat vasitələri tələbi sərnişindaşıma sahəsində islahatlar
05.01.2026 17:45

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18