bp Castrol-u satır: 65 faizlik pay üçün 6 milyard dollar
Enerji nəhəngi bp, Castrol bölməsindəki nəzarət paketini investisiya şirkəti Stonepeak-ə satmağa hazırlaşır. bp, 65 faizlik payın satışından təxminən 6 milyard dollar nağd gəlir əldə etməyi hədəfləyir.Nəhəng neft, qaz, eft məhsulları və bərpa olunan enerji şirkəti bp, Castrol şirkətindəki nəzarət paketini investisiya şirkəti Stonepeak-ə satmağa hazırlaşır.
Marja.az xəbər verir ki, məsələyə yaxın mənbələrə görə, borclar da daxil olmaqla Castrol-un ümumi dəyər qiymətləndirilməsi 10 milyard dollar səviyyəsindədir. bp, 65 faizlik payın satışından təxminən 6 milyard dollar nağd gəlir əldə etməyi hədəfləyir. Satışın çərşənbə günü açıqlanması gözlənilir, lakin prosesin gecikməsi və ya ləğv edilməsi ehtimalı da gündəmdədir.
BP-də istiqamət dəyişikliyi
Castrol-un satışı, BP-nin son dövrlərdə investorlar arasında tənqidlərə səbəb olan bərpa olunan enerji yönümlü strategiyasından qismən geri dönüşünün ən konkret addımı kimi qiymətləndirilir. Şirkət, mənfəətliliyi artırmaq və səhm performansını bərpa etmək məqsədilə qalıq yanacaq (mineral yanacaqlar olaraq da bilinər, hidrokarbon ehtiva edən kömür, neft və təbii qaz kimi təbii enerji qaynaqlarıdır) fəaliyyətlərini yenidən gücləndirməyi planlaşdırır.
20 milyard dollarlıq aktiv satışı planı
bp, 2027-ci ilə qədər ümumilikdə 20 milyard dollarlıq aktiv satışı həyata keçirməyi hədəfləyir. Castrol əməliyyatı şirkətin indiyədək reallaşdırdığı ən böyük tək aktivdən çıxış olacaq. Bu satışla birlikdə bp-nin 2025-ci il üzrə ümumi aktiv satış gəlirinin təxminən 11 milyard dollara çatacağı gözlənilir.
Castrol: Nəhəng qlobal brend
Mərkəzi ofisi Birləşmiş Krallıqda yerləşən Castrol 150-dən çox ölkədə fəaliyyət göstərir. Aviasiya, avtomobil, mədənçilik və sənaye başda olmaqla bir çox sektora xidmət göstərən brend, xüsusilə ABŞ-da bazarında geniş istifadəsi ilə seçilir.
Qlobal mühərrik və sənaye yağı bazarının həcminin 2025-ci ildə 169 milyard dollar, 2035-ci ildə isə 229 milyard dolları keçəcəyi gözlənilir. Castrol bu transformasiya prosesində elektrikli nəqliyyat vasitələrinin istehsalında istifadə olunan xüsusi mayelər hazırlaması ilə diqqət çəkir və gələcəyin mobil texnologiyalarında mühüm oyunçu kimi mövqe tutmağa çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)






