Avropada elektrik avtomobillərinin satışı artıb, Tesla-nın satışı isə kəskin azalıb
2025-ci ilin noyabr ayınadək olan dövrdə Avropa İttifaqında yeni avtomobillərin qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% artıb. Ümumi artım məhdud qalsa da, avtomobil bazarında əsas diqqət çəkən proses elektrikli avtomobillərə olan tələbin güclü artmasıdır.
Tam elektrikli avtomobillərin payı 16,9 faizə çatıb.
Marja xəbər verir ki, akkumulyatorla işləyən tam elektrikli avtomobillərin ümumi bazar payı ilin 11 ayında 16,9% səviyyəsinə yüksəlib. Bu göstərici ilin əvvəlindəki proqnozlarla uyğun olsa da, Aİ-nin yaşıl transformasiya və karbon neytrallığı hədəfləri çərçivəsində daha da artmasının vacibliyinə diqqət çəkilir.
Yanvar–noyabr dövründə ümumilikdə 1 milyon 662 min 399 yeni tam elektrikli avtomobil qeydiyyata alınıb. Almaniya, Belçika, Niderland və Fransa bu rəqəmin 62%-ni təşkil edib. Sözügedən ölkələrdə elektrikli avtomobil satışlarında ikirəqəmli artım qeydə alınıb.
Hibridlərdə güclü artım, plug-in hibridlər də sürətlənib
Hibrid-elektri avtomobillər 3 milyon 408 min 907 ədəd satışla 34,6 % bazar payına çatıb. İspaniya, Fransa, Almaniya və İtaliya hibrid seqmentində ən güclü artımın müşahidə olunduğu ölkələr kimi önə çıxıb.
Plug-in hibrid avtomobillər isə 912 min 723 ədəd satışla 9,3% bazar payına yüksəlib. Bu seqmentdə İspaniya 113%, İtaliya 80,6%, Almaniya isə 62,7% artım göstəriciləri ilə diqqət çəkib. Noyabr ayında illik müqayisədə tam elektrikli avtomobillərdə 44,1%, hibridlərdə 4,2%, plug-in hibridlərdə isə 38,4% artım qeydə alınıb.
Benzinli və dizel avtomobillər geriləyir
Elektrikli və hibrid modellərdəki yüksəliş ənənəvi yanacaqla işləyən avtomobillərin bazar payında kəskin azalmaya səbəb olub. Benzinlə hərəkət edən avtomobillərin qeydiyyatı 18,6% azalaraq 2 milyon 665 min 739 ədədə düşüb. Bu seqmentin ümumi bazar payı 27%-ə enib. Fransada 32,1%, Almaniyada 22,4%, İtaliyada 17,4%, İspaniyada isə 14,6% azalma qeydə alınıb.
Dizel avtomobillər də oxşar mənzərə nümayiş etdirib. Qeydiyyatlar 24,4% azalarkən, dizelin bazar payı 9% səviyyəsinə geriləyib. Noyabr ayında illik müqayisədə benzinli avtomobillərdə 21,9%, dizel avtomobillərdə isə 23,2% azalma müşahidə olunub.
Tesla-nln satışları 34 faiz azalıb
Açıqlanan məlumatlara görə, Tesla-nın Aİ ölkələrindəki satışları 34% azalıb. Həmçinin cari ilin 11 ayında Avropa ittifaqında Toyota-nın və Nissanın satışları 8,8% düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
3 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
4 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
4 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
Ən çox oxunanlar
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır

















.jpg)

