Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Səyyar vergi yoxlamasının aparılması yalnız istisna hallarda mümkün olacaq. Vergi ödəyicisi riskləri əvvəlcədən açıqlayarsa, maliyyə sanksiyası tətbiq edilməyəcək.Azərbaycanda beynəlxalq təcrübədə geniş tətbiq olunan üfüqi monitorinq mexanizminin tətbiqi və paralel olaraq elektron audit tədbirinin ləğvi nəzərdə tutulur. Marja.az-ın Dövlət Vergi Xidmətindən əldə etdiyi məlumata görə, yeni yanaşma orta və iri vergi ödəyiciləri ilə vergi orqanları arasında şəffaf və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mexanizminin qurulmasına imkan yaradacaq. Bununla da vergi ödəyicilərinin hüquqlarının daha geniş təmin olunması hədəflənir.
Üfüqi monitorinq modelinin tətbiqi üçün vergi ödəyicisinin orta və ya iri sahibkar statusuna malik olması, avtomatlaşdırılmış uçot sistemindən istifadə etməsi və daxili nəzarət sisteminin qurulması əsas şərtlər sırasında yer alır. Bu model çərçivəsində vergi ödəyicisinin əsas öhdəliklərinə vergi risklərinin əvvəlcədən vergi orqanına açıqlanması, daxili nəzarət və hesabatlılıq mexanizmlərinin təmin edilməsi daxildir.
Nəzarət və məsuliyyət mexanizmlərinə gəldikdə isə, üfüqi monitorinq iştirakçıları üzrə səyyar vergi yoxlamalarının aparılması yalnız istisna hallarda mümkün olacaq. Vergi ödəyicisi tərəfindən risklər əvvəlcədən açıqlanarsa, maliyyə sanksiyası tətbiq edilməyəcək. Açıqlanmayan risklərin vergi orqanı tərəfindən aşkar edilməsi hallarında isə 25 faiz məbləğində maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulur.
Yeni model vergi ödəyiciləri üçün bir sıra üstünlüklər yaradır. Belə ki, vergi yoxlamalarının sayının azalması inzibati yükün yüngülləşməsinə, əvvəlcədən məsləhətləşmə mexanizmi vasitəsilə vergi risklərinin minimuma endirilməsinə imkan verəcək. Eyni zamanda, vergi orqanları ilə qarşılıqlı etimadın möhkəmlənməsi, şəffaflığın artması, sahibkarların maliyyə intizamının və korporativ idarəetmə səviyyəsinin yüksəlməsi gözlənilir.
Bununla yanaşı, üfüqi monitorinq iştirakçılarına əsas vəsaitlər üzrə amortizasiyanın azalan qalıq və ya düz xətt metodu ilə hesablanması seçiminin verilməsi nəzərdə tutulur.
Görülən tədbirlər nəticəsində vergi intizamının yüksəlməsi, vergi inzibatçılığının səmərəliliyinin artması, uzunmüddətli dövrdə büdcə gəlirlərinin daha sabit və dayanıqlı formalaşması, eləcə də vergi ödəyiciləri ilə dövlət arasında etimada əsaslanan müasir vergi idarəetmə modelinin formalaşması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
39 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır























.jpg)

