“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
(®) AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC və Azərbaycan Uşaq Fondunun birgə təşəbbüsü ilə hazırlanmış “SİMA missiyası” - texnoloji nağıl kitabı ictimaiyyətə təqdim olunub.
İbtidai sinif şagirdlərinin rəqəmsal savadlılığını artırmaq, onlara internet təhlükəsizliyi və müasir texnologiyalardan düzgün istifadə vərdişlərini aşılamaq məqsədilə hazırlanmış kitabın müəllifləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, ictimai xadim Zəhra Bədəlbəyli və gənc yazıçı Səid Riaddır. Üç hekayədən – “Tanışlıq”, “Gələcəyə səyahət” və “Ağalı kəndi” – ibarət olan “SİMA Missiyası” kitabı uşaqlara rəqəmsal identifikasiya, texnologiyanın gələcəyimizdə rolu və Azərbaycanın ağıllı kənd konsepsiyası barədə sadə və maraqlı dildə məlumatlar verir.
Kitabın təqdimat mərasimində müxtəlif dövlət qurumlarının təmsilçiləri, incəsənət xadimləri və internat məktəbində təhsil alan uşaqlar iştirak ediblər. Tədbirin açılış nitqini edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov texnologiyadan təkcə informasiya mənbəyi kimi deyil, həm də cəmiyyətə fayda verməyin bir yolu kimi istifadə etməyin əhəmiyyətini vurğulayıb. Daha sonra “Zəfər” teatrının balaca aktyor heyəti tərəfindən kitabın əhəmiyyətini əks etdirən kiçik tamaşa nümayiş etdirilib.
Oxucular üçün daha əyləncəli olması məqsədilə müxtəlif illüstrasiyalarla zənginləşdirilən və “TEAS Press” nəşriyyatı tərəfindən 1500 tirajla çap edilən kitab internat məktəbləri, uşaq evləri və ümumi təhsil məktəblərinin ibtidai sinif şagirdlərinə pulsuz şəkildə təqdim olunacaq.
“AzInTelecom” üçün azyaşlıların, xüsusilə də valideyn himayəsindən məhrum qalmış uşaqların təhsili və inkişafı xüsusi əhəmiyyət kəsb edir. Şirkət bu istiqamətdəki dəstəyini hər zaman davam etdirəcək və korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsi üçün təşəbbüs göstərəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 20 d. əvvəl
- 27 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 7-də gözlənilən hava şəraiti
Omanda ABŞ-İran danışıqları başladı
“PAŞA Həyat” və “Kaspi Kids” 300-ə yaxın uşağı sığortaladı
"Merkuri BOKT" 2025-ci ilin 9 ayını mənfəət ilə başa vurub
Ən çox oxunanlar
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
Nazir startap nümayəndələri ilə görüşüb
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Azercell-dən xüsusi “Samsung” kampaniyası!
Bank vergi işçilərinə komissiyasız kredit təklif edir

















