Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Uşaq evində böyümüşəm. 25 yaşında elə uşaq evində birlikdə böyüdüyüm Zəhra ilə evləndim. Çox alışmışdım onun varlığına, uşaq evindən ayrıldıqda da onsuz necə qala biləcəyimə görə üzülmüşdüm. Hər ikimiz valideynlərimizi uşaq vaxtı itirmişik. Talelərimiz oxşardır.
Zəhra məndən fərqli olaraq, ali təhsil almışdı. Elə nikahımızdan bir neçə gün sonra özəl şirkətlərdən birindən iş təklifi aldı. O qədər çətinlikdən sonra ürəyincə iş tapmasına görə sevinci yerə göyə sığmırdı. Mən isə həmişə “qara” işlərdə çalışmışam, əvvəllər avtoyumada çalışırdım, indi isə avtomobil ustasıyam.
Ailəmdən mənə yalnız ev qalıb, daha dəqiq desək, nənəmdən. 50 kv metrlik evin qiyməti mənim üçün misilsizdir. Pəncərələr, qapılar, döşəmə elə nənəmin cavan vaxtından təmir olunmuşdu. Döşəmənin üstündə gəzəndə qorxunc səslər verirdi.
Vəfatından sonra da təmir etdirməyə gücüm çatmadı. Zəhranın artıq rəsmi işi olduğu üçün onun adına təmir üçün kredit götürdük. Müddəti bir az uzun seçmişdik, aylıq az ödəniş etmək üçün. Bank işçisi bizə əlavə olaraq, həyat sığortası da təklif etdi. Düzünü deyim, birinci dəfə eşidirdim, qulağıma bir az qəribə gəldi. Beynimdə o qədər suallar yarandı ki, işçini yordum. Bir-birimizin üzə baxdıq, məbləğ böyük olmadığı üçün bu sığortanı götürməyi qəbul etdik.
Neçə il idi ki, krediti ödəyirdik, bəzən mən də kömək edirdim. Artıq övladımız da olduğu üçün vəziyyət o qədər də ürəkaçan deyildi. Yoldaşım Zəhranın anası o uşaqikən xərçəngdən vəfat etmişdi, çox gənc yaşında. Həmişə bu xəstəlikdən qorxardı, elə qorxduğu da başına gəldi. Xərçəng Zəhranı 2 ay ərzində əlimizdən aldı apardı. Göz qırpımında.
İtkilərə alışmışam, həyatımı bu cür də qəbul edirəm. Həmişə sevdiklərimin itkisi ilə sınanmışam... Bu vəziyyətimdə hələ üstəlik bank işçisinin mənə zəng edib krediti gecikdirdiyimi soruşması da canımı lap sıxmışdı. Çox əsəbləşmişdim, hirsli formada vəziyyətimi izah edirdim. Bank işçisi səbirlə mənə bir vaxtlar götürdüyümüz həyat sığortası barədə məlumat verdi. Sən demə belə olan hallarda həyat sığortası borcu öz üzərinə götürür. Elə qalan borcumuz həyat sığortası tərəfindən ödənildi. Düzdü, Zəhranı itirmək mənə çox pis təsir edib, hələ də özümə gələ bilmirəm, Bir də üstünə maddi çətinlik gəlsəydi, halım betər olardı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)







