Balıq və dəniz məhsulları sənaye şirkəti "AzProduct" Balıq Festivalında - FOTOLAR
Bu gün Neftçala rayonunda ilk dəfə Balıq Festivalı təşkil olunub.
Marja.az xəbər verir ki, festivalda balıq və dəniz məhsulları sənaye şirkəti "AzProduct" MMC də iştirak edib.
Sərgi iştirakçıları "AzProduct"un istehsalı olan balıq və dəniz məhsulları ilə tanış olublar və onlardan hazırlanmış təamların dadına baxıblar.
Qeyd edək ki, festival Neftçala Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Balıqçılıq və Akvakultura mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan festival Neftçala şəhərindəki bulvarda təşkil olunub. Tədbirin keçirilməsində məqsəd Neftçalanın turizm potensialını nümayiş etdirmək, Neftçalanın əsrlərdən gələn balıqçılıq ənənələrini yaşatmaq və hər kəs üçün rəngarəng, maraqlı bir festival mühiti yaratmaq olub.
"AzProduct" şirkətinin nümayəndəsi Oruc Məmmədov “Marja”ya bildirib ki, hazırda "AzProduct" şirkəti HACCP qida təhlükəsizliyi stabdartının tələblərinə uyğun yeni balıq və dəniz məhsulları zavodunu istifadəyə verirb. "Dalğa" məhsulları ilə geniş tanınan şirkətdə hazırda 100-dən çox işçi çalışır:
"Bütün iri supermarket şəbəkələrində məhsullarımız satılır. Həmçinin HORECA qolumuz restoranlara satışı təşkil edir. Şirkətimiz ötən ildən ixraca da başlayıb - keçən il xaricə 40 ton məhsul satımışıq. 2025-ci ildə də ixracımız davam edib, yekun rəqəmlər il başa çatandan sonra dəqiqləşəcəkdir", - Oruc Məmmədov əlavə edib.
Məlumat üçün deyək ki, Azproduct MMC balıq və dəniz məhsulları üzrə ixtisaslaşan sənaye şirkətidir və “Dalğa” brendinin sahibidir. “Dalğa” brendi 2004-cü ildə qeydiyyatdan keçib.
Əlaqə: 010 228 27 26
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
11 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 12 saat əvvəl
-
12 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 12 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
















