Azərbaycana Avropadan turist axını 6 % artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana Avropa ölkələrindən 190 095 turist səfər edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 % çoxdur.
O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 95 060 turist gəlib. Bu da 1 il əvvələ nisbətən 3,2 % azdır.
Şərqi Avropa ölkələri arasında ən çox turist Ukraynadan gəlib - 31 282 nəfər. Bu, illik müqayisədə 2,7 % çoxdur.
Bundan əlavə, Belarusdan 23 229 nəfər (+2,7 %), Polşadan 9 443 nəfər (+5,4 %), Macarıstandan 4 240 nəfər (+22,2 %), Moldovadan 4 084 nəfər (+0,7 %), Rumıniyadan 3 225 nəfər (+4 %), Çexiyadan 3 166 nəfər (+35,2 %), Litvadan 2 510 nəfər (−22,9 %), Bolqarıstandan 2 194 nəfər (-5,5 %) Latviyadan 2 156 nəfər (−13,3 %), Serbiyadan 1 862 nəfər (+2,8 %), Estoniyadan 1 645 nəfər (+2,3),Slovakiyadan 1 633 nəfər (−14,1 %) Xorvatiyadan 1 392 nəfər (+26,8 %), Sloveniyadan 786 nəfər (+40,6 %) Kiprdən 656 nəfər (-8 %), Monteneqrodan 446 nəfər (+44,8 %), Bosniya və Hersoqovinadan 438 nəfər (-0,7 %), Şimali Makedoniyadan 349 nəfər (+56,5 %), Albaniyadan 323 nəfər (−16,8 %), Kosovodan isə 1 ( - 96,3 %) nəfər turist gəlib.
10 ay ərzində Qərbi Avropa ölkələrindən isə Azərbaycana 95 035 nəfər turist gəlib. Bu da ötən ilin eyni dövrünə nisbətən 8,8 % çoxdur.
Qərbi Avropa ölkələri arasında ən çox turist 22 838 nəfər olmaqla Böyük Britaniyadan gəlib. Bu, 1 il əvvəllə müqayisədə 8,9 % azdır.
Bundan əlavə, Almaniyadan 21 043 nəfər (+17 %), İtaliyadan 12 863 nəfər (+16,3 %), İspaniyadan 6 612 nəfər (+5,7 %), Fransadan 6 024 nəfər (+2,3 %), Niderlanddan 5 463 nəfər (+5,8 %), Avstriyadan 2703 nəfər (+9,5 %), Belçikadan 2 674 nəfər (+11,7 %), Portuqaliyadan 2 359 nəfər (+8,8 %), İsveçdən 2 285 nəfər (-15,9 %), Yunanıstandan 2 074 nəfər (+ % 43,7), İsveçrədən 2 148 nəfər (+4,1 %), İrlandiyadan 1 607 nəfər (+2,6 %), Norveçdən 1 395 nəfər (-18,8 %), Danimarkadan 1 281 nəfər (−15,6 %), Finlandiyadan 809 nəfər (−14,5 %), Lüksemburqdan 415 nəfər (+8,9 %), Maltadan 221 nəfər (-13,7 %), İslandiyadan 207 nəfər (-41,2 %), Andorradan 14 nəfər (-6,7 % ) turist gəlib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
20 d. əvvəl
"İranla sərhəddə yaradılan infrastruktur günə 1000 avtomobilin keçməsinə imkan verəcək"
-
-
21 d. əvvəl
Prezident İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü olub
- 40 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Buğda qiymətlərində artım başlayıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Azərbaycan xaricdən ət alışını daha da artırıb - 3 AYDA 29 MİLYON DOLLARIN ÖLKƏDƏN ÇIXMASINA SƏBƏB OLUB
ING: Mənfi ssenaridə neftin qiyməti 121 dollara çata bilər
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb






.jpg)
.jpg)








.jpg)






