ABB “İlin əqdi” mükafatını qazandı!
Bütün ölkələr üzrə ən innovativ və mühüm maliyyə əməliyyatlarının dəyərləndirilməsini aparan “The Global Banking & Markets” təşkilatı ABB-nin bu ilin aprelində 200 milyon ABŞ dolları dəyərində sindikatlaşdırılmış kredit cəlb etməsini Azərbaycan üzrə "İlin əqdi" mükafatına layiq görüb.
Mükafat İstanbulda keçirilən təntənəli mərasimdə ABB təmsilçisinə təqdim olunub.
“The Global Banking & Markets” təşkilatı maliyyə bazarlarının beynəlxalq investisiya icması ilə əlaqələrini gücləndirərək əməliyyatların xərc və risklərini azaltmağa, səmərəliliyini yüksəltməyə xidmət edir. Mükafatlandırılan əməliyyatların seçimi zamanı onun həcmi, müddəti, strukturu, icra keyfiyyəti, açdığı yeni imkanlar və s. bu kimi amillər nəzərə alınır.
Xatırladaq ki, ABB ölkə üzrə “İlin əqdi” mükafatına layiq görülən sindikativ krediti Masreqbank-ın təşkilatçılığı, Abu-Dabi Kommersiya Bankının agent bank rolu ilə BƏƏ, Almaniya, Avstriya, İsveçrə və Böyük Britaniyaya aid 12 maliyyə institutundan cəlb edib. Bu, ABB-nin uzun illər sonra beynəlxalq maliyyə bazarlarına yenidən qayıdışı olub.
Bankın bir neçə illik fasilədən sonra xarici maliyyə bazarlarına qayıdışı və bunun yüksək dəyərləndirilməsi ABB-nin biznesi maliyyələşdirmə potensialını gücləndirir, likvidlik mövqeyinə, gəlirliliyinə müsbət təsir göstərir. Xarici bazarlarda ABB-yə olan yüksək inam uzunmüddətli vəsaitlərin cəlbinə, Bankın investor sayının və regional əhatəliliyinin genişlənməsinə imkan yaradır.
“The Global Banking & Markets” təşkilatı haqqında ətraflı məlumatları buradan əldə etmək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)






