İsveçrənin qərarı bəlli oldu: 50 faizlik vergi rədd edildi
İsveçrədə dünən keçirilən referendumda, 50 milyon İsveçrə frankı və üzərindəki miraslara 50 faiz vergi tətbiq olunmasını nəzərdə tutan təklif böyük fərqlə rədd edilib.
Marja xəbər verir ki, İsveçrə seçicilərinin 80 faizindən çoxu, 50 milyon İsveçrə frankını aşan miraslar üçün 50 faiz federal miras və hədiyyə vergisinin tətbiqi təklifini qəbul etməyib.
Gənc Sosialistlər qrupu varlı vətəndaşlardan vergi alınması təklifini iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində irəli sürmüşdü. Təklif biznes dairələri və varlı vətəndaşlar arasında müzakirələrə səbəb olmuşdu.
“Varlılardan vergi alın, iqlimi qoruyun” şüarını müdafiə edən qrup, verginin binaların yenilənməsi, bərpa olunan enerjinin inkişafı və ictimai nəqliyyatın genişləndirilməsi kimi fəaliyyətlərlə İsveçrə iqtisadiyyatının ekoloji transformasiyasını maliyyələşdirəcəyini bildirirlər.
Verginin, bir şəxsin miras qoyduğu və ya hədiyyə etdiyi 62 milyon dolları aşan bütün aktivlərə tətbiq olunması planlaşdırılırdı. Bu verginin ölkədə təxminən 2 500 nəfərə təsir edəcəyi gözlənilirdi.
Lakin təklifə hökumət və sol partiyalar istisna olmaqla bütün digər siyasi partiyalar qarşı çıxıb. Verginin varlı insanların ölkəni tərk etmə riskini artırdığı iddia olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)






