Füzulidə “m10” və Milliön Telesatış mərkəzi istifadəyə verildi
Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “PashaPay” MMC-nin birgə təşkilatçılığı ilə “Qayıt İş” layihəsi çərçivəsində Füzuli şəhərində “Bir ekosistem” daxilində “m10” və Milliön Telesatış mərkəzi istifadəyə verilib.
Marja xəbər verir ki, tədbirdəəmək vəəhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, “Bir ekosistem”in rəsmi nümayəndələri olan “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov və “PashaPay” MMC-nin baş icraçı direktoru Samir Məmmədov iştirak ediblər.
Mərkəzdəki iş masalarında, o cümlədən “m10” Çağrı mərkəzində xidmətlərin göstərilməsi prosesi nəzərdən keçirilib.
Qeyd edilib ki, dövlət və özəl sektor əməkdaşlığının daha bir uğurlu nümunəsi olan “Qayıt İş” layihəsi işğaldan azad edilmiş ərazilərin sakinləri üçün dayanıqlı iş yerləri yaratmaq məqsədi daşıyır. Həmçinin, layihə bölgədə sosial-iqtisadi inkişaf proseslərinə, rəqəmsal ödəniş xidmətlərinin genişlənməsinə töhfə verməyə hədəflənib.
Füzuli şəhərinə qayıdan sakinlərdən 14 nəfər Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında “m10” və Milliön Telesatış mərkəzində işlə təmin edilib. Yaxın vaxtlarda mərkəzin işçilərinin sayının 20 nəfərə çatdırılması nəzərdə tutulur.
“PashaPay” MMC tərəfindən namizədlər üçün rəqəmsal ödəniş sistemləri, müştəri xidmətləri və telesatış sahələri üzrə peşə və yumşaq bacarıqların inkişafına yönəlmiş təlimlər də təşkil olunur.
Azad edilmiş ərazilərə köçürülmüş vətəndaşların doğma yurd yerlərində məşğulluğunun təminatına yönələn birgə layihələrin qarşıdakı dövrdə də davam etdiriləcəyi bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)








