Kapital Bank və Təhsil Tələbə Kredit Fondu memorandum imzaladı
Kapital Bank gənclərin təhsili və peşəkar inkişafına dəstək göstərmək istiqamətində fəaliyyətini genişləndirməkdə davam edir.
Marja xəbər verir ki, bu çərçivədə Təhsil Tələbə Kredit Fondu ilə Kapital Bank arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənədi Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova və Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov imzalayıblar.
Memorandumun əsas məqsədi tələbələrin bilik və bacarıqlarının artırılması, onların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasına dəstək göstərmək və gənclərin karyera perspektivlərini genişləndirməkdir. Əməkdaşlıq çərçivəsində tələbələr Kapital Bank-ın müxtəlif struktur bölmələrində istehsalat təcrübəsi və xüsusi təcrübə proqramlarında iştirak etmək imkanı əldə edəcəklər. Bu təşəbbüs tələbələrə real iş və biznes mühitində fəaliyyət göstərmək, müasir bankçılıq prosesləri və idarəetmə prinsipləri ilə yaxından tanış olmaq imkanı yaradacaq.
Memorandum çərçivəsində həmçinin Kapital Bank-ın aparıcı mütəxəssisləri tərəfindən təşkil olunacaq təlim və inkişaf proqramlarına çıxış nəzərdə tutur. Tələbələr üçün keçiriləcək seminar və vörkşoplar onların şəxsi və peşəkar inkişafına töhfə verəcək, bank sektorunun iş prinsipləri, müasir trendlər və innovativ yanaşmalar barədə biliklərini daha da zənginləşdirəcək. Bu əməkdaşlıq Kapital Bank-ın gənclərin təhsilinə və inkişafına dəstək missiyasının davamı olmaqla yanaşı, ölkənin əmək bazarında daha rəqabətqabiliyyətli və hazırlıqlı kadrların yetişdirilməsinə də mühüm töhfə verəcək.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat sonra
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















