Bitcoin-in qiyməti ötən ilin sonundakı səviyyəsindən də aşağı düşdü
Bitcoin, Tramp administrasiyasının kriptovalyutalara dair müsbət mövqeyinə yönəlik həyəcanın azalması və qlobal bazarlarda riskdən qaçış meylinin artması fonunda dəyər itirməyə davam edir.
Marja xəbər verir ki, Bitcoin-in qiymətində ilin əvvəlindən etibarən baş vermiş 30 faizlik artım tamamilə silinib. Bazarlarda, Tramp administrasiyasının kripto aktivlərə münasibətdə gözlənilən müsbət yanaşmasının zəifləməsi satış təzyiqini artırıb.
Lider kriptovalyuta bazar günü 93 min 714 dollardan aşağı düşərək, ötən ilin sonunda müşahidə olunan bağlanış səviyyəsindən də aşağı düşüb. Bitcoin-in qiyməti 6 oktyabrda 126 min 251 dollara çataraq tarixi ən yüksək səviyyəsini görmüşdü. Cəmi dörd gün sonra Trampın tariflərlə bağlı gözlənilməz açıqlamaları qlobal bazarları silkələdiyi üçün eniş trendinə girmişdi.
Bitcoin bazar ertəsi günü itkilərinin bir qismini kompensasiya edərək 94 min 869 dollar səviyyəsində ticarət olunub.
Bitwise Asset Management-in investisiya direktoru Mettyu Houqan bildirib: “Hazırda ümumi bazar riskdən qaçış rejimindədir. Kriptovalyuta buna ilk reaksiya verən olub.”
Son bir ayda, birja investisiya fondu menecerlərindən tutmuş korporativ investorlara qədər bir çox böyük alıcının bazardan çəkildiyi müşahidə olunur. Bu isə ilin əvvəlində Bitcoinin qiymətini rekord səviyyələrə qaldıran likvidlik axınının azalmasına gətirib çıxarıb. Eyni dövrdə yüksək qiymətləndirilmiş texnologiya səhmlərinin ucuzlaşması da investorların ümumi risk iştahını zəiflədib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























