Qızılın qiyməti mühüm səviyyədən aşağı düşüb: Ucuzlşama davam edəcək?
Qızılın unsiyasının qiyməri, dolların son üç ayın zirvəsinə yaxın səviyyədə qalması və dekabr ayında yeni faiz endirimi ehtimalının azalması fonunda çərşənbə axşamı yenidən mühüm səviyyə hesab olunan 4 min dollardan aşağı düşüb. ABŞ və Çin arasında ticarət gərginliyinin azalması da qiymətli metal üzərində aşağı istiqamətli təzyiqi artırıb.
Marja xəbər verir ki, spot bazarda qızılın qiyməti 0,5% azalaraq 3974 dollar səviyyəsinə (cari qiymət), ABŞ qızıl fyuçersləri isə 0,3% geriləyərək 4 000 dollara düşüb (gələcək qiymət). Bakı vaxtı ilə saat 09:45-də qızıl 0,7% ucuzlaşma ilə 3974,72 dollara ticarət olunub.
Güclü dollar qızılın qarşısında maneə yaradır
Dollar indeksi, ABŞ Mərkəzi Bankının (Fed) üzvləri arasında fikir ayrılıqları səbəbindən faiz endirimi gözləntilərinin zəifləməsi ilə üç ayın ən yüksək səviyyəsinə qalxıb.
KCM Trade-in baş bazar analitiki Tim Waterer bildirib:
“Güclü dollar qızılın bahalaşmasına mane olur. İnvestorlar ilin sonuna qədər yeni faiz endirimi ehtimalını yenidən qiymətləndirirlər.”
FED ötən həftə bu il ikinci dəfə faiz dərəcəsini endirib, lakin sədr Jerome Powell yeni bir endirimin “dəqiq olmadığını” vurğulayıb.
Faiz endirimi ehtimalı 90%-dən 65%-ə düşüb
"CME FedWatch Tool"ın məlumatlarına görə, bazarlar dekabr ayında faiz endirimi ehtimalını əvvəl 90%-dən yuxarı görürdüsə, indi bu göstərici təxminən 65% civarındadır.
Fed rəsmiləri iqtisadi vəiyyət barədə müxtəlif fikirlər səsləndirir, hökumətin bağlanması isə bəzi əsas məlumatların dərc olunmamasına gətirib çıxarıb ki, bu da dekabr iclası öncəsi qeyri-müəyyənliyi artırır.
İnvestorlar ABŞ göstəricilərini gözləyir
Faiz gəliri olmayan qızıl adətən aşağı faiz dərəcələri və iqtisadi qeyri-müəyyənlik dövrlərində dəyər qazanır. Bu həftə açıqlanacaq ABŞ-nin ADP məşğulluq hesabatı və ISM PMI göstəriciləri investorların diqqət mərkəzindədir.
Waterer bildirib:
“Zəif ADP məlumatı qızılın yenidən bahalaşma trendinə qayıtması üçün fürsət yarada bilər.”
Qızıl oktyabr rekordundan 8% geriləyib
Qızıl qiymətləri bu il indiyədək 53% artım göstərib, lakin 20 oktyabrda çatdığı rekord səviyyədən sonra 8% dəyər itirib.
ABŞ prezidenti Donald Tramp ötən həftə bəzi Çin mallarına tətbiq olunan gömrük rüsumlarını azaltmağa razılaşdığını, Pekinin isə qarşılığında müəyyən güzəştlər etdiyini açıqlayıb.
Digər qiymətli metalların vəziyyəti:
Spot gümüş 0,1% artaraq 48,12 dollar,
Platin 0,1% yüksələrək 1 566,60 dollar,
Paladium isə 1% azalaraq 1 430,31 dollar olub.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 17 saat sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
-
3 saat əvvəl
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
SOCAR Türkiyədə elektrik stansiyası satın alımasının səbəbini açıqlayıb
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
Ən çox oxunanlar
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Saloğlu Qarabağ” şirkətinin istehsal müəssisəsinin təməli qoyuldu






















