Abşeron Logistika Mərkəzi və Sian Limanı arasında Anlaşma Memorandumu imzalandı
Sənəd - hərtərəfli əməkdaşlıq əlaqələrinin qurulmasını və möhkəmləndirilməsini, sahibkarlıq sahəsində təcrübə və informasiya mübadiləsinin təşviqini, həmçinin uzunmüddətli və etibarlı tərəfdaşlıq üçün dayanıqlı şəraitin yaradılmasını nəzərdə tutur. Həmçinin imzalanmış memorandum Orta Dəhlizin potensialının artırılması və bu istiqamət üzrə yük axınlarının optimallaşdırılması baxımından mühüm addımdır.Çin Xalq Respublikasının Sian şəhərinin meri Ye Niu Pinin başçılıq etdiyi nümayəndə heyəti Abşeron Logistika Mərkəzinə işgüzar səfər ediblər. Səfər zamanı tərəflər arasında iqtisadi və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Görüş çərçivəsində Abşeron Logistika Mərkəzi və Çinin Sian Limanı arasında Anlaşma Memorandumu imzalanıb.
Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev və “Xi’an International Port Group”un baş direktoru Yuan Syaodzyunun imzaladığı sənəd - hərtərəfli əməkdaşlıq əlaqələrinin qurulmasını və möhkəmləndirilməsini, sahibkarlıq sahəsində təcrübə və informasiya mübadiləsinin təşviqini, həmçinin uzunmüddətli və etibarlı tərəfdaşlıq üçün dayanıqlı şəraitin yaradılmasını nəzərdə tutur.
Sian Beynəlxalq Terminalının baş direktoru Yuan Syaodzyun çıxışında bildirib ki, Azərbaycan və Çin arasında tranzit daşımaları və Orta Dəhlizin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsi artıq günün tələbinə çevrilib. Onun sözlərinə görə, imzalanmış memorandum Orta Dəhlizin potensialının artırılması və bu istiqamət üzrə yük axınlarının optimallaşdırılması baxımından mühüm addımdır.
Yuan Syaodzyun həmçinin vurğulayıb ki, əməkdaşlığın genişlənməsi iki ölkə arasında dəmir yolu nəqliyyatı sahəsində inteqrasiyanın güclənməsinə, daşımaların səmərəliliyinin artırılmasına töhfə verəcək.
Qeyd edək ki, 24 noyabr 2024-cü il tarixində Abşeron Logistika Mərkəzi vasitəsilə Çinə dəmiryolu ilə ilk ixrac uğurla həyata keçirilib.
Abşeron Logistika Mərkəzi Azərbaycanın ən böyük logistika infrastrukturu layihələrindən biri olmaqla, Orta Dəhliz çərçivəsində Avropa-Asiya ticarət axınlarının təmin edilməsində strateji rol oynayır. Azərbaycan və Çin arasındakı ticarət əlaqələrinin daha da gücləndirilməsinə xidmət edən bu təşəbbüs ölkəmiz üçün regional və qlobal miqyasda mühüm strateji imkanlar açır və Azərbaycanın beynəlxalq logistika sahəsindəki nüfuzunu artırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 16 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























