Rusiyaya qarşı yeni sanksiyalar nefti bahalaşdırdı
ABŞ-ın Rusiyanın ən böyük neft istehsalçılarına sanksiya tətbiq edəcəyini açıqlamasından sonra neft qiymətləri kəskin şəkildə artıb. Brent nefti 3,6% bahalaşıb.ABŞ administrasiyası Rusiyanın ən böyük iki neft şirkəti — Rosneft və Lukoilə qarşı yeni sanksiyalar tətbiq edib.
Marja xəbər verir ki, qərarın ardından neft qiymətləri kəskin artıb. Brent nefti 3,6% bahalaşaraq bir barel üçün 64,75 dollara, ABŞ-ın Qərbi Texas (WTI) markalı xam neftin qiyməti də 3,6% artaraq 60,64 dollara yüksəlib.
“Ateşkəs vaxtıdır” mesajı
ABŞ Maliyyə naziri Skott Bessent sanksiyaları elan edərkən “İndi öldürməyi dayandırmaq və dərhal atəşkəs vaxtıdır” ifadəsini işlədib. Nazirlik bəyan edib ki, yeni sanksiyalar Kremlin Ukraynadakı müharibəni maliyyələşdirmə imkanlarını zəiflətməyi hədəfləyir.
Tramp–Putin görüşü ləğv edilib
Ağ Ev rəsmisinin məlumatına görə, sanksiyalar ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında Budapeştdə planlaşdırılan görüşün ləğvi ilə əlaqəlidir. Bildirilir ki, Tramp həmçinin Hindistanı Rusiya neftinin alınmasını dayandırmağa razı salmağa çalışır.
Neftdə son qiymət artımına baxmayaraq, ilin əvvəlindən bəri ABŞ xam nefti 16%, Brent nefti isə təxminən 14% dəyər itirib. Analitiklər qeyd edirlər ki, sanksiyaların təsiri qısamüddətli ola bilər, lakin enerji bazarlarında qeyri-müəyyənliyin artacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















